Xaçmazda həyətdə narkotik bitki yetişdirən şəxslər saxlanılıb
sizinxeber.az xəbər saytı

Xaçmazda həyətdə narkotik bitki yetişdirən şəxslər saxlanılıb


Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan əvvəllər məhkum olunmuşlar 56 yaşlı Eldar Şeydayev və 57 yaşlı Bayram Əkbərov saxlanılıblar.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Sizinxeber.az-ya bildirilib ki, həmin şəxslərin kultivasiya edərək yetişdirdiyi ümumi çəkisi 9 kiloqram olan 62 ədəd çətənə kolu aşkar olunub. Saxlanılan şəxslər narkotik tərkibli bitkilərə aqrotexniki qulluq göstərərək yetişdirdiklərini bildiriblər.

Faktla bağlı cinayət işi başlanılıb, hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Oxşar xəbərlər

Meşədə çətənə əkən şəxs tutulub
Qaxda çay sahilində çətənə kolu yetişdirən şəxs tutulub
Göyçayda çətənə kolu yetişdirən iki nəfər saxlanılıb - FOTO
Şəkidə çəkisi 126 kiloqram olan 397 ədəd çətənə kolu aşkarlanıb - FOTO
Sabirabadda narkotik bitki yetişdirən 4 nəfər saxlanılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle