

Lissabon məscidinin imamı: İslamofobiya müsəlmanları bəyənməmək, İslamı istəməmək deməkdir
İslamofobiya nifrət dili, müsəlmanları bəyənməmək, islamı istəməmək deməkdir.
“Sizinxeber.az” xəbər verir ki, bunu Lissabon mərkəzi məscidinin imamı David Munir Bakıda “İslamofobiya diqqət mərkəzində: Qərəzin ifşası, stiqmaların dağıdılması” mövzusunda keçirilən beynəlxalq elmi konfransda deyib.
O qeyd edib ki, islamofoblar həm müsəlmanı, həm də islamı sevmirlər:
“2019-cu ilə qədər fəxrlə deyirdim ki, mənim ölkəmdə islamofobiya yoxdur. Sonra yeni sağçı bir partiya yarandı ki, onlar həm dini, həm etnik ayrı-seçkilik etməyə meyillidirlər. Biz müsəlmanıq, amma milli kimliyimiz də portuqaliyalıdır. Mənəvi və dini kimliyimiz isə İslamdır. Əgər mən bir İslam ölkəsində yaşasam, yəqin ki, islamofobiya görmərəm. Ancaq bu gün Avropada islamofobiya müşahidə edilir.
Ona görə də mən Azərbaycan hökumətinə bu cür görüşlər təşkil etdiyinə görə təşəkkürümü bildirirəm, Qərbdəki islamofobiyanı müzakirə etmək üçün belə tədbirlər vacibdir”.
Oxşar xəbərlər
İƏT rəsmisi: İslamofobiya kimi ayrı-seçkilik və zorakılığa yol açan hallar qəbulolunmazdır
Fərid Şəfiyev: İslamofobiya geosiyasi təhdiddir
Yunanıstan nümayəndəsi: İslamofobiya cəmiyyətin bütün təbəqələrinə nüfuz edən zəhərdir
Xaled Akaşe: İslamofobiya dinc yanaşı yaşama, bərabərlik və ədalətin təməllərini sarsıdır
Bakıda “İslamofobiya diqqət mərkəzində: Qərəzin ifşası, stiqmaların dağıdılması” mövzusunda beynəlxalq konfrans keçirilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir
-
Ərdoğan: Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır
-
150 çarpayılıq xəstəxananın yaxın gələcəkdə Laçında tikintisi planlaşdırılır
-
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb
-
Prezident: Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayıb, biz güc toplayırdıq
-
Ərdoğan: İlham Əliyevin sülhün də memarı olaraq adını tarixə yazdıracağına inanırıq
