Dövlət Komitəsinin nümayəndə heyəti Rumıniyada kilsə və monastırları ziyarət edib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun başçılığı ilə Rumıniyada səfərdə olan nümayəndə heyəti dini ibadət yerlərini ziyarət edib.
"Report"un məlumatına görə, nümayəndə heyətinin üzvləri martın 2-də Sinaya şəhərində Rumıniya pravoslav kilsəsinə məxsus Sinaya, Buşteni şəhərində "Müqəddəs Xaç" Karayman monastırlarını və Braşov şəhərində yerləşən Augsburg Konfessiyası Yevangelist kilsəsinə məxsus "Qara kilsə"ni ziyarət edib.
Ziyarət zamanı Azərbaycan nümayəndə heyətinə Rumıniyanın dini icmalarının fəaliyyəti və kilsələrin tarixi barədə geniş məlumat verilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri dini ibadət yerləri ilə tanışlıq zamanı dini icma rəhbərlərinə ölkəmizdə dini etiqad azadlığının təmin edilməsi üçün yaradılan şərait, Azərbaycanda mövcud olan uğurlu dövlət-din münasibətləri modeli, habelə ölkəmizin konfessiyalararası anlaşma və dinlərarası dialoqun təşviqi sahəsindəki beynəlxalq təşəbbüslərindən bəhs edib. Azərbaycanla Rumıniya arasında bütün digər sahələrdə olduğu kimi dini məsələlər və multikulturalizm ənənələrinin təşviqi istiqamətində əməkdaşlıq üçün geniş imkanların mövcud olduğunu bildirib.
Oxşar xəbərlər
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollegiyasının tərkibi dəyişib
Azərbaycanda dini qurumlarla bağlı yeni qanun layihəsi hazırlana bilər
Ramin Məmmədov Göygöldə vətəndaşları qəbul edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
