Uşaqların dinə etiqad etməyə məcbur olunması qadağan edilir
sizinxeber.az xəbər saytı

Uşaqların dinə etiqad etməyə məcbur olunması qadağan edilir


Uşaqların dinə etiqad etməyə məcbur olunması qadağan edilir.

Sizinxeber.Az xəbər verir ki, sözügedən məsələ Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində müzakirəyə çıxarılan "Uşaq hüquqları haqqında" Qanun layihəsində əksini tapıb.

Sənəddə qeyd olunur ki, hər bir uşağın vicdan azadlığı var və hər kəs uşağın vicdan azadlığına hörmətlə yanaşmalıdır.

Bundan başqa, valideynlər (onları əvəz edən şəxslər) qarşılıqlı razılıq əsasında uşaqları özlərinin dini əqidəsinə və dinə münasibətinə uyğun tərbiyə edə bilərlər.

Həmçinin uşaqların dinə etiqad etməyə məcbur olunması qadağandır. Uşaqların dini tərbiyəsi onların fiziki və psixi sağlamlığına mənfi təsir göstərməməlidir.

Qeyd olunub ki, yalnız qanunda nəzərdə tutulan hallarda ictimai təhlükəsizlik mənafeləri üçün, ictimai qaydanın təmin edilməsi, sağlamlığın, mənəviyyatın və ya digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün uşağın dini etiqad azadlığına məhdudiyyətlər qoyula bilər.

Oxşar xəbərlər

Ayaz Mirzəyev: Dini etiqad azadlığının təmin olunması din-dövlət-cəmiyyət münasibətlərinin əsasında duran önəmli faktordur
Şamaxıda “Müasir informasiya məkanı və dini etiqad azadlığı” mövzusunda konfrans keçiriləcək
Dövlət Komitəsi kremasiya mərkəzlərinin yaradılması ilə bağlı məsələyə aydınlıq gətirib
Vüqar Əliyev: Dini etiqad azadlığı yalnız hüquqi mexanizmlərlə qorunmamalıdır
Mənəvi Dəyərlərin Təbliği Fondu xaricdə yaşayan azərbaycanlıların dini etiqad azadlığının təmininə dəstək verəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər