“Zəyəm Texnologiyalar Parkı”nın zərəri 2 dəfədən çox artıb
“Zəyəm Texnologiyalar Parkı” ASC (ZTP) 2024-cü ili 4,077 milyon manat zərərlə başa vurub.
“Sizinxeber.az” səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü ilə nisbətən 2,4 dəfə çoxdur.
Bu il yanvarın 1-nə ZTP-nin aktivləri 16,085 milyon manat olub ki, bu da illik müqayisədə 29,7 % azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 15,6 % azalaraq 12,389 milyon manata, balans kapitalı isə 2,2 dəfə azalaraq 3,696 milyon manata düşüb.
ZTP 1962-ci ildən fəaliyyət göstərən "Bakı avtomobil ehtiyat hissələri" zavodunun filialının bazasında 2002-ci ildə, "Zəyəmkəndmaş" adı ilə yaradılıb, 2014-cü ildə onun adı indikinə dəyişdirilib. Şirkətin nizamnamə kapitalı 18,305 milyon manat, əsas səhmdarı "AzMade Group" MMC-dir. Park lkə ərazisində sənaye zavodlarının tikintisi və quraşdırılması fəaliyyəti ilə də məşğuldur.
Oxşar xəbərlər
"Şahdağ Turizm Mərkəzi"nin yığılmış zərəri 100 milyon manatı keçib
"Azəristiliktəchizat"ın yığılmış zərəri 120 milyon manata yaxınlaşıb
“Zəyəm Texnologiyalar Parkı” növbəti dəfə zərər edib - Hesabat
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” I yarımildə 17 milyon manat zərər edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
AZAL: Yeni “Airbus A321neo” istənilən istiqamətdə təhlükəsiz istismar oluna bilər - VİDEO
-
Azərbaycanda bəzi bankların kart əməliyyatlarında texniki problem yaşanır
-
ABB bəzi kart əməliyyatları ilə bağlı texniki problem yarandığını açıqlayıb
-
DÇ-2026: Mərakeş - Haiti qarşılaşmasında ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
DÇ-2026: Son tura start verilir
