

Azərbaycanda ilk dəfə qaz ölçmə qovşaqlarının istehsalına başlanılıb
Azərbaycanda ilk dəfə olaraq, Gəncə Cihazqayırma Zavodunda qazpaylayıcı şəbəkələr üçün qaz ölçmə qovşaqlarının istehsalına başlanılıb.
“Report” xəbər verir ki, bunu zavodun baş mühəndisinin müavini Vasif Rəhimov jurnalistlərə açıqlamasında bildirib.
“Qısa müddət ərzində yeni sexlər tikilib, müasir texnoloji avadanlıqlar quraşdırılıb. Qaz sayğaclarının hissələrinin mexaniki emalı, yığımı və test olunması üçün sahələr yaradılıb. Bu istiqamətdə çalışacaq mütəxəssislər zavod daxilində yetişdirilir”, - V. Rəhimov j qeyd edib.
Onun sözlərinə görə, hazırda Gəncə Cihazqayırma Zavodunda ildə 500 minə yaxın qaz sayğacı istehsal olunur: "Zavod fəaliyyətə başladığı dövrdə illik istehsal gücü 300 min ədəd olub. Ehtiyac yaranacağı təqdirdə, tələbatı ödəmək üçün bütün texniki və insan resurslarımız mövcuddur. Hazırda zavodda 250-270 nəfər çalışır”.
V. Rəhimov qeyd edib ki, Gəncə Cihazqayırma Zavodunun qaz sayğacları əsasən ölkə daxilindəki tələbatı qarşılayır, su sayğacları isə Qazaxıstan, Özbəkistan, Gürcüstan və Rusiya kimi xarici ölkələrə ixrac olunur: “Zavod enerji resurslarının ölçülməsi sahəsində ixtisaslaşıb. 2022-ci ildən etibarən su sayğaclarının istehsalına başlanılıb. Hazırda bu məhsullar ölkənin su təchizat sistemində geniş istifadə olunur və etibarlılığı ilə seçilir”.
Onun sözlərinə görə, 2023-cü ildə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) rəhbərliyində islahatlar nəticəsində yerli istehsala xüsusi önəm verilib: “Əvvəllər idxal edilən bir çox məhsulun ölkə daxilində istehsalına başlanması təşəbbüsü Gəncə Cihazqayırma Zavoduna da həvalə olunub. Zavod bu etimadı doğrultmaq üçün məişət qaz sayğacları və onların montaj hissələri - elektron modullar, qoruyucu qutular, müxtəlif təyinatlı plomblar və digər komponentlərin istehsalını təşkil edib”.
Oxşar xəbərlər
"Azəriqaz" Gəncə Cihazqayırma Zavoduna media tur təşkil edib - FOTO
"Azəriqaz" rəsmisi: "Sayğaclarımızda heç vaxt ciddi bir problem yaşanmayıb"
“Bakı Cihazqayırma Zavodu”na yeni direktor təyin edilib
Zavod direktoru: Ağdamda elektromobillər üçün enerji doldurma cihazları istehsal olunacaq
“Bakı Cihazqayırma Zavodu”nun rəhbərliyi dəyişib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ukraynalı nazir: Azərbaycanın investisiyalarını dəstəkləməyə hazırıq
-
Coratda güclü yanğın baş verib
-
Ukrayna XİN başçısı Zelenski-Putin görüşünə hazırlıq barədə məlumat verib
-
Ukraynanın xarici işlər naziri Bakıda Zəfər parkını və Şəhidlər xiyabanını ziyarət edib
-
Azərbaycan və Ukraynanın xarici işlər nazirlərinin geniş tərkibdə görüşü başlayıb
-
Qəzzada ölənlərin sayı 54 minə yaxınlaşıb
