Seymur Adıgözəlov: "Naxçıvan Sənaye Parkında infrastruktur işlərinə başlanılacaq"
Yaxın vaxtlarda Naxçıvan Sənaye Parkında infrastruktur işlərinin görülməsinə başlanılacaq.
"Sizinxeber.az" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov bildirib.
Onun sözlərinə görə, ölkə Prezidentinin fərmanı ilə 310 hektar ərazidə yaradılmış Parkın ilkin mərhələdə prioritet fəaliyyət istiqamətləri müəyyənləşdirilib: "Belə ki, Parkda qida, kimya sənayesi, tullantıların, qara və əlvan metal emalı, tikinti materiallarının, maşın və avadanlıqların, bərpa olunan enerji, mebel, toxuculuq, geyim-gön-dəri və qablaşdırma məhsullarının, kağız və kağız məmulatlarının istehsalı nəzərdə tutulur".
Sədr qeyd edib ki, Parkda sahibkarlıq fəaliyyətinin inkişafı üçün əlverişli biznes mühiti yaradıldıqdan sonra investorlar bura cəlb ediləcək.
"Naxçıvan Sənaye Parkında da rezidentlər ölkəmizdə mövcud digər sənaye parklarında olduğu kimi gömrük, vergi güzəştlərindən yararlana biləcəklər", - deyə o əlavə edib.
Oxşar xəbərlər
Azərbaycanda sənaye istehsalı 1 %-dən çox artıb
Azərbaycanda 7 ayda 37 milyard manatlıq sənaye məhsulu istehsal olunub
Azərbaycanda 8 ayda 42 milyard manatlıq sənaye məhsulu istehsal edilib
Naxçıvan Sənaye Parkının yaradılmasının məqsədləri açıqlanıb
Azərbaycandakı sənaye zonalarına daha 1 milyard manat investisiya qoyulacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Atalıq məzuniyyətinə çıxan kişilərə nə qədər pul veriləcək?
-
ADY-dən Bakı-Tiflis qatarı ilə bağlı açıqlama
-
Lamiyə Əl Səud: Mənzil təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün başlanğıc nöqtədir
-
Vahid Hacıyev: Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası kimi inkişaf etdirilir
-
Anjela Makeyeva İlham Əliyevə və Azərbaycan hökumətinə təşəkkür edib
-
Keniyalı qonaq: "WUF13 Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün mühüm platformadır"
