Azərbaycandakı sənaye zonalarına daha 1 milyard manat investisiya qoyulacaq
Azərbaycanda sənaye zonalarına növbəti mərhələdə mövcud layihələr üzrə daha 1 milyard manatdan çox investisiyanın yatırılması nəzərdə tutulur.
"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov bildirib.
O vurğulayıb ki, əlavə investisiyalar hesabına 8 000-dən artıq daimi iş yerinin yaradılması planlaşdırılır.
"2024-cü ildə sənaye zonalarında yeni fəaliyyətə başlayan 10 müəssisə ümumilikdə 48,6 milyon manat investisiya yatırıb, 389 daimi iş yeri yaradıb. Bu müəssisələr müxtəlif təyinatlı tikinti materiallarının, ayaqqabıların, dəmiryolu avadanlıqlarının, elektrik və s. məhsulların istehsalı ilə məşğul olurlar. Yeni fəaliyyətə başlayan müəssisələrin çoxunun Ağdam Sənaye Parkında olması xüsusilə qürurverici haldır.
Sənaye zonalarında investisiya portfeli 7,9 milyard manat olan 152 sahibkarlıq subyektinə rezidentlik, 10 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Sahibkarlar sənaye zonalarına 6,9 milyard manat investisiya yatırıb, 84 müəssisə fəaliyyətə başlayıb, 10 700-dən artıq daimi iş yeri yaradılıb", - deyə sədr əlavə edib.
Oxşar xəbərlər
Azərbaycanın sənaye zonalarından indiyə qədər 13,5 milyard manatlıq məhsul satılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycandakı sənaye parklarının rezidentləri indiyə qədər 483 milyon manat vəsaitə qənaət ediblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
İZİA: Azərbaycanda sənaye zonalarına əlavə 1 milyard manatdan çox investisiya yatırılacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda 7 ayda sənaye zonalarında 20 şirkətə rezident statusu verilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Naxçıvan Sənaye Parkının yaradılmasının məqsədləri açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












