TDT bütün qərarların birlikdə alındığı mexanizmə çevrilməyə doğru irəliləyir - RƏY
Türk Dövlətləri Təşkilatının (TDT) birlik modelini ifadə edən və bütün qərarların birlikdə alındığı bir mexanizmə çevrilməsinə doğru yol gedilir. TDT Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü isə bu yaxınlaşmanın bir az daha irəliləməsi deməkdir.
Bu fikirləri "Report"a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib.
Onun sözlərinə görə, hazırda təşkilatda çox faydalı münasibətlər sistemi formalaşıb:
"Artıq dövlətlər daha müstəqil şəkildə birliyin mahiyyətini dərk edərək onun möhkəmlənməsinə çalışırlar. Ümid edək ki, gedişat bütövlükdə Türk dünyasının yeni bir güc mərkəzinə çevrilməsi ilə bağlı nəticəvi təşkilat modelini ortaya qoyacaq".
F.Mustafa həmçinin bildirib ki, Türk dövlətlərinin birliyi müzakirələr aparan formatdan daha çox Avropa İttifaqı və digər regional birlikləri ifadə edən mexanizmə yaxın güc mərkəzi kimi görünməlidir:
"Bununla bağlı imkanlar daha böyükdür. Hətta sözügedən təşkilatlardakı ölkələrdən də çox imkanlarımız var. Çünki ortaq tarix, etnik, mədəni, mənəvi və mənəvi bağlılıq o dərəcədədir ki, burada hər hansı qopma mümkün deyil. TDT-yə üzv dövlətlərin siyasi cəhətdən bir araya gəlməsi artıq bağların birmənalı şəkildə qırılmaz dəyərə sahib olduğunu göstərir".
Oxşar xəbərlər
TDT-nin Qazaxıstan və Türkiyədə zirvə toplantısı keçiriləcək
Azər Allahverənov: Hər Zirvə toplantısı türk dünyasının birliyini daha da gücləndirir
Mayın 21-də Macarıstanda Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü keçiriləcək
Qazaxıstandakı sammit türk dövlətlərinin gələcəyə dair ortaq iradəsinin nümayişidir - RƏY
Aktau 2025-ci il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
