Zakir İbrahimov: “AzerGold” satışdan 1 milyard dollara yaxın gəlir əldə edib”
Son 9 ildə “AzerGold” QSC yerli və xarici bazarlarda qızıl və gümüşün satışından 1 milyard 691 milyon manat (995 milyon ABŞ dolları) gəlir əldə edilib.
"Report"un yerli bürosu xəbər verir ki, bu sözləri “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Naxçıvan şəhərində muxtar respublikanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı və Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi keçirilən Beynəlxalq Geologiya-Mədənçilik Forumunda deyib.
Onun sözlərinə görə, bu vəsaitin 94 %-i (1 milyard 592 milyon manatı) ixracdan əldə edilib: “Məhsuldar fəaliyyətimiz nəticəsində əldə edilmiş gəlirlərdən 224 milyon manat vəsait dövlət büdcəsinə vergi və sosial köçürmələr formasında ödənilib”.
O qeyd edib ki, hazırda qızıl ölkəmizə ən çox valyuta gətirən qeyri-neft məhsuludur: “İxrac imkanlarının artırılması ilə daha çox töhfələr verməyi, növbəti 5 ilə qədər illik dövriyyəsi 1 milyard manat olan, ölkənin aparıcı vergi ödəyicilərindən biri olmağı planlaşdırırıq”.
Oxşar xəbərlər
Zakir İbrahimov: “Culfadakı qızıl yatağında satılabilən ehtiyat 237 min unsiya hesablanıb”
ARDNF-in aktivləri 66,5 milyard dollara çatıb
ARDNF valyuta satışını 3 dəfəyə yaxın artırıb
"AzerGold" indiyə qədər ölkə iqtisadiyyatına 1 milyard dollar pul cəlb edib
ARDNF gələn il neft-qaz layihələrinin həyata keçirilməsindən dividend alacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Azercell"də dəyişiklik - Bu xidmətləri də dayandırır
-
Azərbaycanda bəzi cərimələr sərtləşdirilir
-
“e-Sosial” portalında yenilik əlilliyi olan şəxslər üçün istifadə rahatlığının artırılmasına xidmət edir – AÇIQLAMA
-
Deputat: Qızıl ehtiyatlarının artması dəyər qazanan aktivlərə daha çox vəsaitin yönəldilməsinə imkan yaradır
-
Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib
-
Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib








