Bu il Sumqayıt Kimya Sənaye Parkında daha 2 müəssisə fəaliyyətə başlayacaq
İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Cənubi Qafqazın ən böyük sənaye parkı - Sumqayıt Kimya Sənaye Parkında ümumi investisiyaların həcmi 6 milyard manatdan artıq olan 41 sahibkarlıq subyektinə rezidentlik statusu verilib.
“Report” Agentliyə istinadən xəbər verir ki, bu rezidentlərdən hazırda 24-ü fəaliyyət göstərir. Bu il Sənaye Parkında daha 2 müəssisənin fəaliyyətə başlaması planlaşdırılır.
İndiyədək Sumqayıt Kimya Sənaye Parkına rezidentlər tərəfindən 5,5 milyard manat sərmayə yatırılıb, 6 600-dən çox daimi iş yeri yaradılıb. Mövcud layihələr üzrə Sənaye Parkına əlavə olaraq 546 milyon manat investisiyanın yatırılması, 2 500-dən artıq iş yerinin yaradılması nəzərdə tutulur.
Parkın rezidentləri tərəfindən indiyədək ümumilikdə 12,5 milyard manatlıq məhsul satışı həyata keçirilib ki, bunun da 4,37 milyard manatlıq hissəsi ixracın payına düşür. Bu ilin 9 ayında Sumqayıt Kimya Sənaye Parkında 2,13 milyard manatlıq məhsul istehsal edilib, 762,7 milyon manatlıq məhsul ixrac edilib. Ötən illə müqayisədə ixrac 13,1 % artıb.
Bu dövrdə Sumqayıt Kimya Sənaye Parkının qeyri-neft sənayesi məhsulları istehsalında xüsusi çəkisi 15,6%, ixracında isə 24,7 % təşkil edib.
Oxşar xəbərlər
İZİA: Azərbaycanda sənaye zonalarına əlavə 1 milyard manatdan çox investisiya yatırılacaq
Azərbaycanın sənaye zonalarından indiyə qədər 13,5 milyard manatlıq məhsul satılıb
Pirallahı Sənaye Parkından indiyə qədər 53 milyon manatlıq məhsul satılıb
Azərbaycanda 7 ayda sənaye zonalarında 20 şirkətə rezident statusu verilib
Ağdam Sənaye Parkına media-tur təşkil olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehriban Əliyeva 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə bağlı paylaşım edib
-
Şəhid Abbasəli Nəzərəliyevin xanımı: "İndi biz onun arzuladığı azad Azərbaycanda yaşayırıq"
-
Şoltz Maskı Avropada sağçı partiyaları dəstəklədiyinə görə tənqid edib
-
Tramp ABŞ-da TikTok-a qadağanı təxirə salacaq
-
Qanlı 20 Yanvar faciəsindən 35 il ötür
-
Ermənistan mütəşəkkil cinayətdə ittiham olunan 2 şəxsi Türkiyəyə ekstradisiya edib