Sumqayıt Kimya Sənaye Parkına 6 milyard manata yaxın investisiya qoyulub
İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan, Cənubi Qafqazın ən böyük sənaye parkı - Sumqayıt Kimya Sənaye Parkında investisiya portfeli 6 milyard manatdan çox olan 39 sahibkarlıq subyektinə rezidentlik statusu verilib ki, bunlardan da artıq 28-i fəaliyyət göstərir.
"Report" agentliyə istinadən xəbər verir ki, bu günə qədər sahibkarlar Parka 5,6 milyard manat investisiya yatırılıb, 6 300-dən artıq daimi iş yeri yaradıb, 14,4 milyard manatlıq məhsul satıb ki, bunun da bunun da 5,2 milyard manatlıq hissəsi ixracın payına düşüb.
Təkcə bu ilin I yarısında isə 1,1 milyard manatlıq məhsul satılıb ki, bunun da 545 milyon manatlıq hissəsi ixrac edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac 20 %-ə yaxın artıb.
Parkda istehsal edilən tikinti kimyəvilərin, polad və polimer boruların, sürtkü yağlarının, polimerlərin, karbamidin, müxtəlif çeşiddə kabellərin, şüşə lövhələrin, keramik plitələrin və s. məhsulların ixracı istiqamətində uğurlar əldə edilib. Əsasən bu növ məhsullar dünyanın 70-dən artıq ölkəsinə “Made In Azerbaijan” brendi adı altında ixrac olunub.
Sumqayıt Kimya Sənaye Parkında sahibkarlıq fəaliyyətinin inkişafı üçün əlverişli investisiya mühiti yaradılıb. Belə ki, burada sahibkarlar dövlət vəsaiti hesabına hazır infrastrukturla təmin olunur. Həmçinin Parkın rezidentləri qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, gəlir vergilərindən, həmçinin istehsal məqsədilə texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından tam azad olunurlar. Parkın rezidentlərinə indiyə qədər 912 ədəd təsdiqedici sənəd verilib. Bunun nəticəsində rezidentlər texnika və texnoloji avadanlıqların idxalı zamanı 400 milyon manatdan çox vəsaitə qənaət ediblər.
Oxşar xəbərlər
Bu il Sumqayıt Kimya Sənaye Parkında daha 2 müəssisə fəaliyyətə başlayacaq
Azərbaycanın sənaye zonalarından indiyə qədər 13,5 milyard manatlıq məhsul satılıb
Sumqayıt Kimya Sənaye Parkında “Bayraktar” PUA-ları istehsal ediləcək
Azərbaycandakı sənaye zonalarında ötən il 3,3 milyard manatlıq satış olub
Azərbaycanda sənaye zonalarından ixracın dəyəri 5 milyard manata yaxınlaşıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Azercell"də dəyişiklik - Bu xidmətləri də dayandırır
-
“e-Sosial” portalında yenilik əlilliyi olan şəxslər üçün istifadə rahatlığının artırılmasına xidmət edir – AÇIQLAMA
-
Azərbaycanda bəzi cərimələr sərtləşdirilir
-
Deputat: Qızıl ehtiyatlarının artması dəyər qazanan aktivlərə daha çox vəsaitin yönəldilməsinə imkan yaradır
-
Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib
-
Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib








