MSK seçki dairələrindən daxil olan müraciətləri araşdırmağa başlayıb
22 saylı Nəsimi-Yasamal, 31 saylı Suraxanı İkinci və 78 saylı Lənkəran Kənd Seçki dairələrindən olan namizədlərdən daxil olan müraciətlər araşdırılır.
APA xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
MSK sədri bildirib ki, araşdırmalara bu gündən başlamışıq: “Kim istəsə, araşdırmaya dəvət edilsin. Sentyabrın 11-də 22 saylı Nəsimi-Yasamal və 78 saylı Lənkəran Kənd Seçki dairələrindən daxil olan müraciətlərin nəticələrinə baxa biləcəyik. 31 saylı Suraxanı İkinci Seçki Dairəsindən daxil olan müraciətə baxılmasının son günü sentyabrın 12-dir. Biz çalışacağıq ki, müraciəti təmin edək. Tərəflərə bildirmək istəyirəm ki, fakt vermək lazımdır. Faktlara uyğun biz qərarımızı verəcəyik”.
Məzahir Pənahov qeyd edib ki, bu gündən yəqin ki, Mərkəzi Seçki Komissiyasına müraciətlər daxil olacaq: “Çalışacağıq vaxtı keçmədən bu müraciətləri araşdıraq”.
Oxşar xəbərlər
MSK seçki prosesi zamanı qeydə alınan pozuntularla bağlı müraciətləri doqquz seçki dairəsinə göndərib [xfgiven_updateblue][/xfgiven_updateblue]
MSK 12 müraciəti baxılması üçün müvafiq dairə seçki komissiyalarına göndərib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Veb-kamera quraşdırılan seçki məntəqələrinin siyahısı açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Məzahir Pənahov: DSK-lar MSK-nın göndərdiyi müraciətləri ətraflı araşdırıb, qərar verməlidir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu seçki məntəqələrinin nəticələri ləğv edildi - İclas [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












