MSK seçki prosesi zamanı qeydə alınan pozuntularla bağlı müraciətləri doqquz seçki dairəsinə göndərib
86 saylı Ağcabədi seçki dairəsində seçki prosesi zamanı qeydə alınan pozuntularla bağlı iddialar Mərkəzi Seçki Komissiyasında müzakirə edilib.
"Sizinxeber.az" xəbər verir ki, bununla bağlı qurumun bu gün keçirilən iclasında MSK katibi Arifə Muxtarova deyib.
O qeyd edib ki, 86 saylı Ağcabədi seçki dairəsindən daxil olan müraciət baxılması üçün dairə seçki komissiyasına göndərilib.
MSK sədri Məzahir Pənahov isə qeyd edib ki, bu gün iclasda müzakirə olunan şikayətlər dairələrə göndəriləcək:
"Onlar baxandan sonra yenidən şikayət olarsa, MSK-da baxılacaq".
Bundan başqa iclasda MSK 97 saylı Tərtər-Ağdam-Goranboy, 8 saylı Binəqədi birinci, 42 saylı Sumqayıt birinci, 120 saylı Cəbrayıl-Qubadlı, 33 saylı Xətai birinci, 31 saylı Suraxanı ikinci, 21 saylı Nəsimi-Binəqədi, 70 saylı Neftçala seçki dairələrindən daxil olmuş müraciətləri də baxılması üçün müvafiq dairələrə göndərilməsi ilə bağlı qərar qəbul etdi.
Oxşar xəbərlər
Veb-kamera quraşdırılan seçki məntəqələrinin siyahısı açıqlanıb
Mətbuat Şurasının seçkilərlə bağlı "qaynar xətti"nə heç bir müraciət daxil olmayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Yasamal və Nizami rayonlarının bəzi ərazilərində işıq olmayacaq
