MSK 12 müraciəti baxılması üçün müvafiq dairə seçki komissiyalarına göndərib
sizinxeber.az xəbər saytı

MSK 12 müraciəti baxılması üçün müvafiq dairə seçki komissiyalarına göndərib


Mərkəzi Seçki Komissiyası quruma daxil olan 12 müraciəti baxılması üçün müvafiq dairə seçki komissiyalarına göndərib.

“Sizinxeber.az” xəbər verir ki, bununla bağlı Komissiyanın bu gün keçirilən iclasında qərar layihələri müzakirə edilib.

Müraciətləri MSK katibi Arifə Muxtarova və ekspert qrupunun üzvləri təqdim ediblər.

Qeyd edilib ki, 120 saylı Cəbrayıl-Qubadlı, 23 saylı Nəsimi-Səbail (2 fərqli müraciət), 73 saylı Masallı-Cəlilabad, 97 saylı Tərtər-Ağdərə-Goranboy, 10 saylı Binəqədi üçüncü, 24 saylı Nizami birinci, 42 saylı Sumqayıt birinci, 78 saylı Lənkəran kənd, 22 saylı Nəsimi-Yasamal, 23 saylı Nəsimi-Səbail (2 fərqli müraciət) daxil olan müraciətlər müvafiq dairə seçki komissiyalarına göndərilir.

Müvafiq olaraq 94 saylı Ucar, 71 saylı Cəlilabad şəhər seçki dairələrindən daxil olan müraciətlər isə müəyyən edilmiş müddəti əhatə etmədiyindən şikayətçilərə geri göndərilib.

Qərarlar səsverməyə qoyularaq qəbul olunub.

Oxşar xəbərlər

MSK seçki prosesi zamanı qeydə alınan pozuntularla bağlı müraciətləri doqquz seçki dairəsinə göndərib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Veb-kamera quraşdırılan seçki məntəqələrinin siyahısı açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu seçki məntəqələrinin nəticələri ləğv edildi - İclas [xfgiven_updateblue][/xfgiven_updateblue]
Mətbuat Şurasının seçkilərlə bağlı "qaynar xətti"nə heç bir müraciət daxil olmayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
72 saylı Cəlilabad kənd seçki dairəsi üzrə yaşı 100-dən yuxarı olan 1 nəfər səs verəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər