Məzahir Pənahov: Seçki ilə bağlı sosial şəbəkələrdəki görüntülər araşdırılacaq
“Seçki ilə bağlı daxil olan müraciətləri araşdıracağıq”.
Sizinxeber.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
MSK sədri bildirib ki, milyonlarla insanın iştirak etdiyi tədbirdə hansısa pozuntu baş verə bilər: “MSK hər zaman eyni prinsiplə işləyib. Bizim haqqımızda nə deyilir, nə yazılır qəti bizim üçün əhəmiyyəti yoxdur. Bizə lazımdır ki, Azərbaycan vətəndaşları görsün ki, qəbul etdiyimiz qərarlar əsaslandırılmış qərarlardır. Hansısa məntəqədə pozuntu halı ilə bağlı bizə müraciət daxil olmayıbsa, biz onunla bağlı qərar qəbul edə bilmərik. Biz işimizi yüksək səviyyədə görəcəyik.
Hesab edirəm ki, Azərbaycan cəmiyyəti bizim işimizi qiymətləndirəcək. Sosial şəbəkədə olan görüntülər də araşdırılacaq. Biz nəticəyə gələcəyik. Əfsuslar olsun ki, çox vaxt beynəlxalq qurumlar, müraciət edənlər sona qədər iştirak etməkdən qaçırlar. Bu qədər kamera qarşısında danışırıq, araşdırırıq. Sabah bu sözümüzü dəyişmək olmaz. Çoxu deməsin ki, MSK-da məsələlər gizlin aparılır”.
Oxşar xəbərlər
MSK sədri: Daxil olan müraciətlər şəffaf şəkildə araşdırılacaq
MSK sədri: Pozuntu kimi bizə təqdim edilən faktlar ətraflı araşdırılacaq
MSK sədri ATƏT/DTİHB-yə təşəkkür edib
MSK sədri namizədliyin geri götürülməsi müddəti ilə bağlı qanunvericiliyə dəyişikliyi zəruri sayıb
Efiopiyalı parlamentari: Azərbaycanda keçirilən seçkilər bizim üçün nümunə oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Atletiko" "Barselona"nı darmadağın etdi
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"












