Andrey Yatskin: Qanunverici orqanlar səviyyəsində əməkdaşlıq fəaliyyət istiqamətlərimizdən biridir
"Azərbaycan və Rusiya arasında əməkdaşlığın prioritet sahələri hər iki ölkənin dövlət başçıları tərəfindən müəyyənləşdirilib".
APA-nın məlumatına görə, bu sözləri Rusiya Federasiyasının Federasiya Şurasının sədr müavini, MDB Parlamentlərarası Assambleyasının Seçki Müşahidə Missiyasının koordinatoru Andrey Yatskin jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Azərbaycanın MDB Parlamentlərarası Assambleyasının işində iştirakı strateji müttəfiqlər arasındakı münasibətlərin ruhuna uyğun olaraq məhsuldardır:
"Azərbaycanla Rusiya arasında qanunverici orqanlar səviyyəsində əməkdaşlıq bizim fəaliyyət istiqamətlərimizdən biridir. Bildirmək istəyirəm ki, parlamentlərimiz arasında əməkdaşlıq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən müəyyənləşdirilmiş gündəm əsasında həyata keçirilir. Rusiya Prezidentinin Bakıya baş tutan dövlət səfəri zamanı ikitərəfli əməkdaşlığın həyata keçirilməsi üçün bir çox sahələr müəyyənləşdirilib. Bura kənd təsərrüfatı, mədəniyyət, təbiətin mühafizəsi, Xəzər dənizinin ekoloji çirklənmədən mühafizəsi daxildir. Bütün bu məsələlər normativ-hüquqi tənzimləmə tələb edir. Eyni zamanda mərkəzi icra hakimiyyəti orqanlarına əməkdaşlıq istiqamətlərini qanunvericilik səviyyəsində möhkəmləndirməyə kömək edir. Bu məsələlər Azərbaycan-Rusiya Parlamentlərarası Komissiyasının gərgin fəaliyyəti nəticəsində ərsəyə gəlir. Komissiyanın sonuncu iclası iyun ayında Moskvada keçirilib. Növbəti toplantı isə Azərbaycanda Milli Məclisin və müvafiq Parlament Komissiyasının tərkibi formalaşdırıldıqdan sonra baş tutacaq. Azərbaycan tərəfinin MDB Parlamentlərarası Assambleyasının işində iştirakı son dərəcə məhsuldardır, çünki bu, strateji müttəfiqlərin arasındakı münasibətlərdir".
Oxşar xəbərlər
MDB PA-nın Azərbaycandadakı seçkiləri müşahidə edəcək missiyasının tərkibi formalaşıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident İlham Əliyev: Azərbaycan Rusiya ilə bütün istiqamətlərdə qarşılıqlı fəaliyyəti möhkəmləndirmək əzmindədir [xfgiven_updateblue][/xfgiven_updateblue]
MDB PA müşahidəçiləri: Seçicilərin azad şəkildə öz fikirlərini ifadə etməsi üçün hər cür şərait yaradılıb - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya Prezidenti: Cənubi Qafqazda davamlı sülh və sabitlik regionun bütün dövlətlərinin maraqlarına cavab verir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Lənkəranda 3 dairə üzrə 20 namizəd mübarizə aparır - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












