MDB PA-nın Azərbaycandadakı seçkiləri müşahidə edəcək missiyasının tərkibi formalaşıb
Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasının Semtyabrın 1-də Azərbaycanda keçiriləcək növbədənkənar Parlament Seçkilərini müşahidə edəcək missiyasının tərkibi formalaşıb.
Bu barədə Sizinxeber.az-ya sözü gedən qurumun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, 19 nəfərdən ibarət müşahidə missiyasına Rusiya Federasiya Şurasının sədr müavini Andrey Yatskin başçılıq edəcək.
Missiya paytaxtda və müxtəlif regionlarda yerləşən bir sıra seçki məntəqələrində olacaq və səsvermə prosesini yaxından izləyəcək.
O da qeyd olunub ki, Rusiya, Belarus, Tacikistan, Özbəkistan, Qırğızıstan və Qazaxıstan nümayəndələrindən ibarət sözügedən missiya Milli Məclisin sədri Sahibə Qafarovanın dəvəti ilə ölkəmizə gələcək.
Oxşar xəbərlər
Məzahir Pənahov MDB nümayəndə heyəti ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİB-7
-
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
-
İran Livanda atəşkəs olmadan danışıqların növbəti mərhələsinə keçməyəcəyini bildirib
