İrandan gətirilən 20 min kq-dan çox uyğunsuz qida məhsulu məhv edilib
sizinxeber.az xəbər saytı

İrandan gətirilən 20 min kq-dan çox uyğunsuz qida məhsulu məhv edilib


İrandan Azərbaycana gətirilən 20 min 60 kq qida məhsulunda uyğunsuzluq aşkarlanıb.

"Sizinxeber.az"un məlumatına görə, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, nəzarət tədbirləri çərçivəsində İrandan idxal olunan turşu lavaş, ərik qurusu, şirin çörəkdən (keks) Agentliyin müfəttişləri tərəfindən götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində məhsul partiyalarının normativ sənədlərin tələblərinə cavab vermədiyi və istehlaka yararsız olduğu aşkarlanıb.

Uyğunsuzluq aşkarlanan məhsul partiyaları aşağıdakılardır:

Məhsulun adı

Məhsulun miqdarı

İstehsalçı

İdxalçı

Məhsul partiyası

Turşu lavaş

14850 kq

“Reza Ghaderi”

"Yedcon 2024" MMC

17.10.2024-17.10.2026

Ərik qurusu

4110 kq

“Hasan Mohammadloo”

"Yedcon 2024" MMC

20.09.2024-20.09.2025

Şirin çörək

(keks)

1100 kq

“Shırın Gholat Bonab”

Fiziki şəxs Kərimov Kamran Abdulla oğlu

25.09.2024-25.02.2025

Faktla bağlı müvafiq qərar qəbul olunaraq məhsul partiyaları məhv edilib.

Oxşar xəbərlər

İtaliyadan Azərbaycana gətirilən 15 mindən çox bioloji aktiv qida məhsulunda uyğunsuzluq aşkarlanıb
Türkmənistandan gətirilən pomidorda virus aşkarlanıb, məhsul partiyası məhv edilib
Türkiyədən gətirilən bioloji aktiv qida məhsulu partiyasında uyğunsuzluq aşkarlanıb
İrandan Azərbaycana gətirilən bir sıra məhsullarda GMO aşkarlanıb
Azərbaycana gətirilən bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle