İrandan Azərbaycana gətirilən bir sıra məhsullarda GMO aşkarlanıb
sizinxeber.az xəbər saytı

İrandan Azərbaycana gətirilən bir sıra məhsullarda GMO aşkarlanıb


İrandan Azərbaycana idxal edilən bir sıra məhsulların tərkibində genetik modifikasiya olunmuş orqanizmlər (GMO) aşkarlanıb.

"Report"un məlumatına görə, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Qeyd olunub ki, Azərbaycan qanunvericiliyinə əsasən, genetik modifikasiya olunmuş bitkilər, həmçinin müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materialları, elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulmayan, genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan qida məhsullarının ölkəyə gətirilməsi, istehsalı, dövriyyəsi qanunla qadağandır.

Aparılan son nəzarət tədbirləri çərçivəsində İrandan idxal edilən bir sıra məhsul partiyalarından nümunə götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında sınaqlara cəlb edilib, sınaq nəticəsinə əsasən məhsulların tərkibində GMO aşkarlanıb.

Aşkarlanan bütün faktlarla bağlı qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülüb.

AQTA bu sahədə fəaliyyət göstərən sahibkarlara xəbərdarlıq edərək bir daha diqqətə çatdırır ki, Azərbaycana GMO qida məhsulları idxal edilməsi yolverilməzdir. Belə məhsulların qanunsuz olaraq ölkəyə idxal edilməsi cəhdlərinin qarşısı isə qətiyyətlə alınacaq və qanunvericiliyin tələblərinə uyğun olaraq, sərt tədbirlər görüləcək.

Oxşar xəbərlər

AQTA ölkəyə yem məhsulları və yem əlavəsi idxal etmək istəyən sahibkarlara xəbərdarlıq edib
AQTA: Azərbaycana gətirilən Rusiya istehsallı bitki yağı partiyalarında uyğunsuzluq aşkarlanmayıb
Rusiyadan Azərbaycana gətirilən məhsulda bakteriya aşkarlandı
İtaliyadan Azərbaycana gətirilən 15 mindən çox bioloji aktiv qida məhsulunda uyğunsuzluq aşkarlanıb
Türkiyədən gətirilən bioloji aktiv qida məhsulu partiyasında uyğunsuzluq aşkarlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər