Bu il TƏBİB tabeli tibb müəssisələrinə 79 nəfər rəhbər heyətə işə qəbul olunub
sizinxeber.az xəbər saytı

Bu il TƏBİB tabeli tibb müəssisələrinə 79 nəfər rəhbər heyətə işə qəbul olunub


Bu il TƏBİB tabeli tibb müəssisələrinə 79 nəfər rəhbər heyətə işə qəbul olunub.

"Report" xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov Səhiyyə İdarəçiləri Zirvəsində çıxışı zamanı deyib.

O bildirib ki, bu ilin ötən dövründə TƏBİB tabeli tibb müəssisələrinə 24,2 milyon müraciət qeydə alınıb, 83,2 milyon xidmət göstərilib:

"Bu qədər tibbi xidməti keyfiyyətli və əlçatan şəkildə təqdim edə bilmək üçün idarəçilik çox önəmlidir. Ona görə də işə qəbul prosesində müasir tendensiyaları, yenilikçi idarəetmə metodunu mənimsəmiş və bunu uğurla fəaliyyətlərinə tətbiq edə biləcək rəhbər şəxslərə üstünlük verilir. Bu il ərzində tibb müəssisələrinin rəhbər heyətinin işə qəbul olunması üçün 133 namizəd müsahibəyə dəvət edilib, onlardan 79 namizəd müsahibəni uğurla keçib. Bundan başqa, 21 müəssisənin ümumi ştat və strukturu dəyişilib".

Oxşar xəbərlər

TƏBİB-in tabeli müəssisələrində 149 seçki məntəqəsi təşkil olunub
Bu ilin ötən dövründə TƏBİB tabeli xəstəxanalarda 62 milyona yaxın tibbi xidmət göstərilib
TƏBİB-in direktoru: Xəstəxana İdarəetmə Sisteminin təkmilləşdirilməsi üzərində işlər aparılır
TƏBİB: COP29 çərçivəsində bütün tibb müəssisələrinə baxış keçirilib
Son doqquz ayda TƏBİB tabeli xəstəxanalarda 274 mindən çox cərrahi əməliyyat icra olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər