Bu ilin ötən dövründə TƏBİB tabeli xəstəxanalarda 62 milyona yaxın tibbi xidmət göstərilib
Bu ilin doqquz ayında TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində 62 milyona yaxın tibbi xidmət göstərilib.
"Report" xəbər verir ki, bu barədə TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova Qəbələ Rayon Mərkəzi Xəstəxanasına təşkil olunmuş mediaturda məlumat verib.
O bildirib ki, 9 ay ərzində tibb müəssisələrinə olan müraciətlərin ümumi sayı 2022-ci ilin yanvar-sentyabr ayları üzrə 24 faiz, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 13 faiz çox olub: "Vətəndaşlar tərəfindən daxil olan hər bir müraciətə çevik, operativ reaksiya vermək və müraciətlərin həlli istiqamətləri üzrə tədbirlər görmək TƏBİB-in prioritet məqsədlərindən biridir".
Z.Ədilova vurğulayıb ki, bu ilin ötən dövründə TƏBİB-in Vətəndaş müraciətləri şöbəsinə 20 min 134 müraciət daxil olub: "Onlardan 10 min 791 ərizə (ümumi daxil olanların 53,59 %-i), 9 min 318 şikayət (ümumi daxil olanın 46,27 %-i), 25 təklif (ümumi daxil olanın 0,12 %-i) təşkil edib. Sosial media platformalarından daxil olan müraciətlərin sayı isə 2 min 50-dir".
Qeyd edək ki, oktyabrın 25-də TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən Qəbələ Rayon Mərkəzi Xəstəxanasına mediatur təşkil olunub.
Oxşar xəbərlər
Son doqquz ayda TƏBİB tabeli xəstəxanalarda 274 mindən çox cərrahi əməliyyat icra olunub
TƏBİB sədri: Keçən illə müqayisədə təcili yardıma daxil olan çağırış və təxliyə sayı artıb
TƏBİB: Tabeliyimizdəki tibb müəssisələrində meymunçiçəyinə yoluxma qeydə alınmayıb
TƏBİB-in tabeli müəssisələrində 149 seçki məntəqəsi təşkil olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
AZAL üçün ilk "A321neo" təyyarəsi bu gün təhvil veriləcək - FOTO
-
Süni intellekt yaxın aylarda istənilən müdafiəni sındıra biləcək
