Alimlər mədəaltı vəzi xərçəngi xəstəliyi olanların ömrünü uzatmağın üsulunu tapıblar
ABŞ-nin Ayova Universitetinin Karver Tibb Kollecinin alimləri venadaxili kimyəvi terapiyaya əlavə olaraq yüksək dozada C vitamininin metastatik mədəaltı vəzi xərçəngi xəstəliyi olan insanların ömrünü artırdığını müəyyənləşdiriblər.
“Report”un məlumatına görə, araşdırmanın nəticələri “Redox Biology” jurnalında dərc edilib.
Araşdırmaçılar tədqiqat zamanı metastatik mədəaltı vəzi xərçəngi olan pasiyentlərə standart kimyəvi terapiyaya əlavə olaraq həftədə üç dəfə 75 qram yüksək dozada venadaxili C vitamini tətbiq ediblər. Nəticədə xəstələrin ömrü iki dəfə - səkkiz aydan on altı aya qədər artıb.
Təcrübənin xəstəliyin sürətlənməsi dövrünə müsbət təsiri də qeyd edilib, bu da dörd aydan altı aya qədər artıb. C vitamini qəbul edən xəstələr müalicəyə daha yaxşı dözüb və yalnız kimyəvi müalicə alanlara nisbətən daha az yan təsirlər bildiriblər.
Ayova Universitetinin Cərrahiyyə və Radiasiya onkologiyası üzrə aparıcı tədqiqatçısı, professor Cozef Kallen qeyd edib ki, bu təsirli nəticələr xərçəng hüceyrələrinə qarşı mübarizədə C vitamininin xüsusiyyətlərinə dair iyirmi illik tədqiqatın nəticəsidir. Alimlər vurğulayırlar ki, C vitamini ucuzdur. Onun yüksək dozalarda kimyəvi müalicə ilə istifadəsi mədəaltı vəzi xərçəngi xəstəliyi inkişaf etmiş xəstələr üçün yeni standarta çevrilə bilər.
Oxşar xəbərlər
Mədəaltı vəzinin xərçəng hüceyrələrini tamamilə məhv etməyin yolu tapılıb
Alimlər prostat xərçəngi xəstəliyinə qarşı yeni təbii vasitə kəşf ediblər
Alimlər bal arısı zəhərinin xərçəng hüceyrələrini məhv etdiyi müəyyən ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Arzum" məhkəmə zalında həbs olundu
-
QDTİB-nin İllik Toplantısı çərçivəsində Biznes Forum keçirilir - FOTO
-
Fitso: Qərb faktiki olaraq Rusiya ilə müharibə vəziyyətindədir
-
Prezident İlham Əliyev və Ursula fon der Lyayen mətbuata birgə bəyanatlarla çıxış ediblər - - FOTO - YENİLƏNİB-1
-
Rəqəmsal inkişaf dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilir: Yeni mərhələnin hədəfləri nədir? - TƏHLİL
-
BMT süni intellektin fəlakətli nəticələri barədə xəbərdarlıq edib
