Alimlər bal arısı zəhərinin xərçəng hüceyrələrini məhv etdiyi müəyyən ediblər
Harri Perkins İnstitutunun və Qərbi Avstraliya Universitetinin alimləri müəyyən ediblər ki, bal arılarının zəhərində olan melittin peptidi xərçəng hüceyrələrini məhv edə bilər.
“Report” xəbər verir ki, araşdırmanın nəticələri “NPJ Nature Precision Oncology” jurnalında dərc edilib.
Alimlər Pert (Qərbi Avstraliya), İrlandiya və İngiltərədən olan 312 bal arısı və eşşəkarısının zəhərini tədqiq edərkən melittinin unikal antikanserogen xüsusiyyətlərini aşkar ediblər.
Bu peptidi süd vəzi xərçəngi olan siçanlara yeritdikdən sonra araşdırmaçılar onun son dərəcə güclü olduğunu aşkar ediblər – melittin xərçəng hüceyrələrinin membranlarını cəmi 60 dəqiqə ərzində yox edə bilir.
Yeridildikdən 20 dəqiqə sonra melittin xərçəng hüceyrələrinin böyüməsi və bölünməsi üçün gərəkli kimyəvi siqnalları basdırmaq qabiliyyətini nümayiş etdirib.
Elm adamları həmçinin müəyyən ediblər ki, melittin kiçik molekullar və ya dosetaksel kimi kimyaterapiya dərmanları ilə birlikdə süd vəzinin aqressiv formalarının müalicəsində effektiv ola bilər. Siçanlar üzərində aparılan təcrübələr göstərib ki, melittin və dosetakselin birləşməsi şişlərin böyüməsini əhəmiyyətli dərəcədə yavaşladır.
Oxşar xəbərlər
Alimlər prostat xərçəngi xəstəliyinə qarşı yeni təbii vasitə kəşf ediblər
Hansı insanların digərlərindən daha tez xərçəngə tutulduğu aşkarlanıb
Mədəaltı vəzinin xərçəng hüceyrələrini tamamilə məhv etməyin yolu tapılıb
Uşaqlarda beyin xərçəngi xəstəliyi ilə mübarizə üçün yeni üsul aşkarlanıb
Alimlər pəhrizlə bağlı məşhur mifi təkzib ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













