İdxal olunan bioloji aktiv qida məhsullarında uyğunsuzluqların aşkarlanması halları artıb
Son dövrlər Azərbaycana idxal olunan bioloji aktiv qida məhsullarında uyğunsuzluqların aşkarlanması halları artıb.
Bu barədə "Report"a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Qeyd olunub ki, ölkəyə idxal olunan bir sıra bioloji aktiv qida məhsullarının ekspertizası zamanı məhsulların tərkibindəki vitamin və mineralların miqdarının məhsulun etiketində göstərilən miqdardan fərqli olması, o cümlədən bir bioloji aktiv qida məhsulunun tərkibində qadağan olunmuş inqrediyent (tadalafil) aşkarlanması müəyyən edilib.
Bununla bağlı, uyğunsuzluq müəyyən edilən istehsalçı müəssisələrin sentyabrın 9-dan etibarən həmin məhsullarının ixracının məhdudlaşdırılması və sertifikatlaşdırılmanın dayandırılması, eyni zamanda bu müəssisələrdə həyata keçiriləcək sağlamlaşdırıcı və nəzarət tədbirləri ilə bağlı AQTA-ya məlumat verilməsi məqsədilə istehsalçı ölkələrin müvafiq qurumuna rəsmi qaydada müraciət olunub.
| Tərkibindəki vitamin və mineralların miqdarının məhsulun etiketində göstərilən miqdardan fərqli olması ilə bağlı uyğunsuzluq aşkarlanan bioloji aktiv qida məhsullarının istehsalçıları | ||
| № | İstehsalçı şirkət | Sınaq nəticələri uyğunsuz olan nümunə sayı |
| 1 | İlaçsan Medical Sanayi Ve Dış Ticaret Limited Şirketi, Türkiyə Cümhuriyyəti | 16 |
| 2 | Aspar İlaç Kozmetik Gıda Sanayi A.Ş., Türkiyə Cümhuriyyəti | 15 |
| 3 | Unirex Healthcare Sağlık San. ve Dış.Tic. Ltd. Şti., Türkiyə Cümhuriyyəti | 11 |
| 4 | Pharmanor İlaç San. Tic. Ltd. Şti, Türkiyə Cümhuriyyəti | 11 |
| 5 | ENSA MNS Gida Takviyeleri Üretim ve Araştırma Merkezi, Türkiyə Cümhuriyyəti | 9 |
| Tərkibində qadağan olunmuş inqrediyent aşkarlanması ilə bağlı uyğunsuzluq aşkarlanan bioloji aktiv qida məhsullarının istehsalçısı | ||
| № | İstehsalçı şirkət | Sınaq nəticələri uyğunsuz olan nümunə sayı |
| 1 | "Vitamin Grup İlaç Makina Kozmetik Bitkisel ve Tarım Ürünleri Gıda Turizm İth. İhr. San. Ve Tic. Ltd. Şti", Türkiyə Cümhuriyyəti | 1 |
Oxşar xəbərlər
AQTA-dan bu məhsulla bağlı xəbərdarlıq: Kimyəvi maddə...
Ölkəyə qanunsuz yollarla gətirilən kökəldici dərmanla bağlı XƏBƏRDARLIQ
AQTA 113 aptekdə nöqsanlar aşkarlayıb
AQTA apteklərdə yoxlama aparıb, 113-də nöqsanlar aşkarlanıb
AQTA: Azərbaycanda istehsal olunan bir sıra qida məhsullarının ixracı artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Prezidenti: Son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik
-
Prezident İlham Əliyevin doğum günüdür
-
Prezident: Ermənistana sanksiyalar tətbiq edilsəydi, əlbəttə, o, işğala son qoyardı
-
İlham Əliyev: Bu gün Ağdam rayonunda artıq həyat bərpa edilir
-
Dövlət başçısı: Şəhidlərimizi, Xocalı qurbanlarını, digər günahsız insanların həlak olmasını heç vaxt unuda bilmərik












