Kamran Əliyev İCMP-nin Baş direktoru ilə qarşılıqlı maraq doğuran məsələləri müzakirə edib
Baş prokuror Kamran Əliyev martın 11-də İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın (İCMP) Baş direktoru Katrin Bomberger ilə görüşüb.
Bu barədə "Sizinxeber.az"a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Baş prokuror rəhbərlik etdiyi qurumla İCMP arasında 2023-cü ildən etibarən müsbət əməkdaşlıq əlaqələrinin formalaşdığını qeyd edərək Prezident İlham Əliyevin tapşırıq və tövsiyələri ilə prokurorluq orqanlarında aparılan genişmiqyaslı islahatlar barədə məlumat verib.
Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində itkin düşmüş 3983 azərbaycanlının işgəncələrə məruz qalaraq öldürülüb kütləvi məzarlıqlarda basdırıldığını, bu günə kimi onların taleyinə aydınlıq gətirilmədiyi vurğulanaraq Ermənistan tərəfindən müfəssəl məlumatların təqdim edilmədiyi qeyd olunub.
Qəbula görə təşəkkürünü ifadə edən Katrin Bomberger Azərbaycanda itkin düşmüş şəxslər üzrə məlumat bazasının yaradılması, hüquqi bazanın genişləndirilməsi, yerli mütəxəssislərin peşəkarlığının artırılması və müasir laboratoriyaların tikilməsi işlərinə Komissiyanın töhfə verə biləcəyini bildirərək, son illər Azərbaycan tərəfindən bu istiqamətdə görülən işləri yüksək qiymətləndirib.
Səmərəli diskussiya formatında keçirilmiş görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Kamran Əliyev İCMP-nin Baş direktoru ilə görüşüb
Ceyhun Bayramov İtkin Düşmüş Şəxslər üzrə Beynəlxalq Komissiyanın Baş direktoru ilə görüşüb
İtkin düşmüş şəxslərin ailələri ilə görüş təşkil olunacaq
Əli Nağıyev İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın baş direktoru ilə görüşüb
Azərbaycan ICMP-nin itkin düşmüş şəxslərlə bağlı Ermənistan qarşısında məsələ qaldırmasını istəyir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
MEDİA-nın "Fərdi jurnalist müsabiqəsi"nin qalibləri sırasında "APA Media Group"un 4 əməkdaşı var
-
"Qarabağ" daha bir yoxlama oyununda uduzub
-
Alimlər: Antarktidanın gələcəyini proqnozlaşdırmaq düşündüyümüzdən daha asan ola bilər
-
KMG və "Chevron" neftin Qazaxıstandan BTC ilə dünya bazarlarına tədarükünü müzakirə edib
-
Türk dünyasının birliyi sayəsində yüz il əvvəlki arzular bu gün reallığa çevrilir - RƏY
-
Ursula Fon der Lyayen: Aİ–Azərbaycan tərəfdaşlığını dərinləşdirmək üçün Bakıdayam
