Ermənistandan zorla çıxarılmış azərbaycanlıların geri qayıtmaq hüququ mövzusunda panel keçirilib
Ermənistandan zorla çıxarılmış azərbaycanlıların geri qayıtmaq hüququnun tarixi və hüquqi əsaslarına baxış mövzusunda panel keçirilib.
Sizinxeber.az xəbər verir ki, “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təşviqi” mövzusunda Qərbi Azərbaycan İcmasının təşkil etdiyi II beynəlxalq konfrans çərçivəsində keçirilən paneldə mövzu ilə bağlı tarixi və hüquqi məsələlər müzakirə edilib.
Panelin moderatoru millət vəkili Fariz İsmayılzadə müzakirə olunacaq istiqamətlər barədə məlumat verib və çıxışçıları təqdim edib.
Pakistan Hüquq və Ədalət Komissiyasının katibi Riffat İnam Butt qayıdış hüququ və bu tip məsələlərin həlli istiqamətində vətəndaş cəmiyyətlərinin fəaliyyətinə dəstəyin zəruriliyini qeyd edib: “Vətəndaş cəmiyyətlərinin fəaliyyətinə çox dəstək vacibdir. Çünki mədəni irsin qorunmasında onların rolu böyükdür. Azərbaycan beynəlxalq hüquqa uyğun olan əsaslanan təkliflərlə çıxış edir. Sülhün təmin olunmasında bunlar nəzərə alınmalıdır”.
Paneldə Frankfurt Universitetinin müəllimi dr. Michael Hess, Roma Sapienza Universitetinin Beynəlxalq Hüquq üzrə əməkdaşı dr. Valentina Chabert, Suxumi Dövlət Universitetinin professoru, politoloq, tarixçi Quram Marxulia, Qrinsboro Universitetinin Sülh və Münaqişələrin Tədqiqatları Departamentinin professoru Əli Əsgərov qayıdış hüququnun əhəmiyyəti, tarixi faktlar, bu günün reallığında siyasi əlaqələrin necə tənzimlənməsi barədə fikirlərini bölüşüblər.
Oxşar xəbərlər
“Qayıdış hüququ – Ermənistandan zorla çıxarılan Azərbaycanlılar üçün ədalətin təşviqi” mövzusunda II beynəlxalq konfrans keçiriləcək
Prezident beynəlxalq ictimaiyyətin Qərbi Azərbaycan İcması üzvlərinin qayıdışı üçün dinc təşəbbüsləri dəstəkləməsini əhəmiyyətli sayır
Qərbi Azərbaycan İcması Kamala Harrisin açıqlamasıyla bağlı bəyanat yayıb
İcma sədri: Ermənistan ərazisinə UNESCO-nun missiya göndərməsinə icazə vermir
Prezident Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciət edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Azercell"də dəyişiklik - Bu xidmətləri də dayandırır
-
Azərbaycanda bəzi cərimələr sərtləşdirilir
-
“e-Sosial” portalında yenilik əlilliyi olan şəxslər üçün istifadə rahatlığının artırılmasına xidmət edir – AÇIQLAMA
-
Deputat: Qızıl ehtiyatlarının artması dəyər qazanan aktivlərə daha çox vəsaitin yönəldilməsinə imkan yaradır
-
Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib
-
Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib








