Laçının bir neçə kənd və qəsəbəsinin qurulması istiqamətində işlər aparılır
sizinxeber.az xəbər saytı

Laçının bir neçə kənd və qəsəbəsinin qurulması istiqamətində işlər aparılır


Gələcəkdə Laçının bir neçə kəndinin - Ərikli, Şəlvə, Pircahan, Güləbird və Qorçu qəsəbəsinin qurulması istiqamətində dövlətdaxili prosesdurlar aparılır.

“Sizinxeber.az”un Laçına ezam olunan əməkdaşı xəbər verir ki, bu barədə Laçındakı xüsusi nümayəndəliyin rəsmisi Hüseyn Quliyev məlumat verib.

H.Quliyev xatırladıb ki, Laçında Zabuxçay adını daşıyan su anbarı mövcuddur:

"Bu su anbarı təsərrüfat üçün istifadə olunacaq. Eyni zamanda bu su anbarından Şərqi Zəngəzur və Qarabağa daxil olan rayonlarda suvarma üçün istifadə olunacaq. Dövlət Su Ehtiyyatları Agentliyi ilə birgə içməli su rezervinə çevrilməsi üçün müasir imkanlar təmin ediləcək. Həmçinin Həkəri Su anbarının da tikintisi planlaşdırılır. Bu anbar rayonu içməli su ilə təmin edəcək. Laçında hər bir ev bütün kommunal xidmətlərlə təmin olunur. Təmir-bərpa zamanı onların mebelləri, soyutma və digər avadanlıqları da təmir olunur".

O qeyd edib ki, sakinlərin Laçında məşğulluğunun təmin olunmasına xüsusi diqqət yetirilir:

“Sənaye parklarında məşğulluğu təmin edilən sakinlər həm də çalışdıqları sahə üzrə əvvəlcə təlim alırlar. 2-4 iyunda Laçının MDB mədəniyyəti paytaxtı kimi açılışı olacaq. Şəhərin növbəti bərpa fazasında Heydər Əliyev küçəsinin inşasına xüsusi diqqət yetirilir. Yaxın gələcəkdə şəhərdə 150 çarpayılıq xəstəxananın tikintisi planlaşdırılır”.

Oxşar xəbərlər

Laçının Qorçu qəsəbəsi, Ərikli, Pircahan, Şəlvən və Güləbird kəndləri də yenidən qurulacaq
Laçında məskunlaşan sakinlərin sayı açıqlanıb
Hüseyn Quliyev: Laçının bərpasına investorların cəlbində heç bir bürokratik əngəldən söhbət gedə bilməz
Bu il Laçının Güləbird kəndinə köç olacaq
Laçın şəhərinin bərpasının ikinci mərhələsinə başlanılır, Bəylik kəndinə 91 ailə köçürüləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər