Laçının Qorçu qəsəbəsi, Ərikli, Pircahan, Şəlvən və Güləbird kəndləri də yenidən qurulacaq
Gələcək perspektivdə Laçının Qorçu qəsəbəsi, Ərikli, Pircahan, Şəlvən və Güləbird kəndləri də dövlətdaxili prosedurdarır.
Sizinxeber.az-nın Laçına ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin rəsmisi Hüseyn Quliyev deyib.
O bildirib ki, artıq layihələndirmə prosesi başlayıb: “Güləbird ərazisində Zabuxçay adını daşıyan təxminən 39 milyon kub su tutumu olan su anbarı da mövcuddur. Bu təsərrüfat üçün istifadə olunacaq. Bu su anbarından Şərqi Zəngəzura və Qarabağa bağlı olan rayonların suvarılması üçün istifadə olunacaq. Bu su anbarının eyni zamanda Dövlət Su Ehtiyatları Agentliyi ilə birgə içməli su rezervinə çevrilməsi imkanlarına baxılacaq. Eyni zamanda Həkəri Su Anbarının da tikintisi planlaşdırılır, bu içməli suya xidmət edəcək”.
Oxşar xəbərlər
Laçında tikiləcək yeni anbardan Bakıya da su ötürüləcək
Xüsusi nümayəndəlik: Artıq Laçında dəfnlərin həyata keçirilməsinə icazə verilib
150 çarpayılıq xəstəxananın yaxın gələcəkdə Laçında tikintisi planlaşdırılır
Laçında keçirilən əmək yarmarkasında 250-dən çox vakansiya təqdim edilib
Bu il Laçının Güləbird kəndinə köç olacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













