

Hüseyn Quliyev: Laçının bərpasına investorların cəlbində heç bir bürokratik əngəldən söhbət gedə bilməz
Laçının bərpasına investorların cəlbində heç bir bürokratik əngəldən söhbət gedə bilməz.
“Sizinxeber.az”un Laçına ezam olunan əməkdaşı xəbər verir ki, bu barədə Laçındakı xüsusi nümayəndəliyin rəsmisi Hüseyn Quliyev məlumat verib.
O qeyd edib ki, bu barədə mətbuatda ara-sıra yazılan bəzi neqativ fikirləri reallıq kimi qəbul etmək doğru olmaz:
“Hər kəsin özünəməxsus yanaşması var. Nəzərə alaq ki, insanlar 32 il bir-birindən ayrı düşüblər və yeni nəsillər formalaşıb. Laçında bütün dövlət qurumların fəaliyyəti təmin olunub. Hər bir dövlət qurumunun özünün inzibati binası var”.
Müsahib diqqətə çatdırıb ki, ermənilərin tamamilə dağıtdığı və heç bir əmlakı olmayan insanlar üçün yeni evlər tikilib:
“Bu insanları razı salmaq, onları işlə təmin etmək də çətin bir prosesdir. Sifarişçi təşkilatlar bizə bu məsələdə kömək edirlər. Biz investorlar üçün açığıq, bu sahədə özünü doğruldan insanlarla görüşlər ola bilər”.
Oxşar xəbərlər
Laçının bir neçə kənd və qəsəbəsinin qurulması istiqamətində işlər aparılır
Laçında məskunlaşan sakinlərin sayı açıqlanıb
Laçın xüsusi nümayəndəliyi investorlara müraciət edib
Xüsusi nümayəndəlik sosial şəbəkələrdə Laçınla bağlı yayılan neqativ paylaşımlara münasibət bildirib
Komitə sədri: Tarixi abidələrin sökülməsindən söhbət gedə bilməz
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ərdoğan: İlham Əliyevin sülhün də memarı olaraq adını tarixə yazdıracağına inanırıq
-
Prezident: Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayıb, biz güc toplayırdıq
-
Azərbaycan lideri: Artıq Şərqi Zəngəzur və Qarabağda 43 min insan yaşayır və çalışır
-
Azərbaycan Prezidenti: Ordu quruculuğuna lazımi həcmdə vəsait ayırmışıq
-
Belçika və Aİ-dəki səfir: Azərbaycan beynəlxalq siyasətin məsuliyyətli iştirakçısı və regional liderdir
-
Prezident: Bu gün Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli əməkdaşlığının yeni səhifəsi açılır
