Çarlz Vili: Azərbaycan və Ermənistan liderlərinin görüşü regionda davamlı sülh üçün ümid verir
Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü regionda sülh üçün ümid verir.
"Report" xəbər verir ki, bu barədə beynəlxalq səyyahlar klubu MTP-nin (Most Traveled People) təsisçisi, amerikalı səyahətçi Çarlz Vili Şuşa şəhərində jurnalistlərə açıqlama verib.
O, Azərbaycan Prezidenti İlham Əliyevin bu gün Əbu-Dabidə Ermənistan rəhbərliyi ilə keçirilən görüşünün əhəmiyyətini xüsusi qeyd edib:
"Bu, dayanıqlı sülhün qurulması və regionun gələcək iqtisadi uğuru üçün böyük ümid verir".
Ç.Vili həmçinin Qarabağa səfəri ilə bağlı təəssüratlarını bölüşüb:
"Artıq dörd ildir ki, bu regiona gəlirəm. Bu müddət ərzində mən Qarabağ və Şərqi Zəngəzurun genişmiqyaslı bərpasının şahidi oldum. Azərbaycan hava limanları, bir çox yeni yollar, dəmir yolları və s. inşa edə bilib".
Onun sözlərinə görə, dörd il əvvəl Şuşadakı divarlar və qala dağılmış vəziyyətdə idi: "İndi isə hər şey mükəmməl görünür".
Oxşar xəbərlər
Beynəlxalq səyyahların Qarabağ və Şərqi Zəngəzura tur başlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Beynəlxalq axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana ekstradisiya edilib
-
Trampın təhdidindən sonra İran nümayəndə heyəti danışıqları tərk etdi
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ilk hissə bitib - YENİLƏNİR-2
