Bakı və Daşkənd arasında əməkdaşlıq regionda tarixi hadisələr fonunda inkişaf edir
sizinxeber.az xəbər saytı

Bakı və Daşkənd arasında əməkdaşlıq regionda tarixi hadisələr fonunda inkişaf edir


Özbəkistan və Azərbaycan arasında münasibətlər regionda tarixi hadisələr fonunda inkişaf edir.

“Report” xəbər verir ki, bunu Özbəkistan Respublikası Prezidenti yanında Strateji və Regionlararası Tədqiqatlar İnstitutunun direktoru Eldor Aripov "Azərbaycan və Özbəkistan: qarşılıqlı faydalı əməkdaşlığın inkişafının perspektivli istiqamətləri" adlı Azərbaycan-Özbəkistan Ekspert Şurasının ikinci iclası çərçivəsində bildirib.

"Ölkələrimiz qarşısında təkcə ikitərəfli əməkdaşlıq üçün deyil, həm də "Mərkəzi Asiya - Cənubi Qafqaz" formatında regional əlaqələrin aktivləşdirilməsi üçün perspektivlər açılır", - o qeyd edib.

Direktorun sözlərinə görə, Özbəkistan və Azərbaycan bu qarşılıqlı əlaqələrin inkişafına istiqamət verən özünəməxsus lokomotivlərə çevrilə bilər.

"Regionlarımız uzunmüddətli və sıx əlaqələrə malikdir. Böyük şair Əlişir Nəvai Nizami Gəncəvini öz müəllimi hesab edirdi ki, bu da ölkələrimiz arasında dərin mədəni əlaqələrin rəmzidir", - o bildirib.

E.Aripov vurğulayıb ki, Azərbaycan və Özbəkistan arasında münasibətlər yüksələn xətlə inkişaf edir və bu, iki ölkənin liderləri arasında etimada əsaslanan münasibətlər sayəsində mümkün olub.

Onun sözlərinə görə, bu, iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanlar açır.

"Biz üçüncü ölkələrdən idxalı əvəzləmək üçün fəal işləyir, sənaye kooperasiyasını inkişaf etdiririk, bu da iqtisadi qarşılıqlı əlaqələrimizin hərəkətverici qüvvəsi ola bilər", - direktor vurğulayıb.

Oxşar xəbərlər

Fərhad Məmmədov: Bakı və Daşkənd çoxtərəfli platformalar çərçivəsində fəal əməkdaşlıq edir
Mərkəzi Asiya Beynəlxalq İnstitutunun direktor müavini: Azərbaycan Cənubi Qafqazda lider dövlətdir
Bakı Analitik Mərkəzinin direktoru: Özbəkistanla əməkdaşlığın inkişafı Azərbaycan üçün geniş imkanlar açacaq
Şahmar Hacıyev: "BOEM Azərbaycan və Özbəkistan arasında əməkdaşlığın yeni mərhələsidir"
Azərbaycan-Özbəkistan Ekspert Şurası yaradılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər