Mərkəzi Asiya Beynəlxalq İnstitutunun direktor müavini: Azərbaycan Cənubi Qafqazda lider dövlətdir
Azərbaycan Cənubi Qafqaz regionunda nəqliyyat, enerji və bir çox digər layihələrin inkişafını təmin edir.
"Sizinxeber.az" xəbər verir ki, bunu Mərkəzi Asiya Beynəlxalq İnstitutunun direktor müavini Şerzod Fayziyev Bakıda keçirilən "Azərbaycan və Özbəkistan: qarşılıqlı faydalı əməkdaşlığın yeni perspektivləri" adlı tədbirdə deyib.
“Azərbaycan Cənubi Qafqazda lider dövlətdir. Şübhəsiz ki, iki ölkənin (Azərbaycan və Özbəkistanın) yaxınlaşması həm Mərkəzi Asiya regionu, həm də Qafqaz üçün müsbət haldır”, - o bildirib.
Qeyd edək ki, “Azərbaycan və Özbəkistan: qarşılıqlı faydalı əməkdaşlığın yeni perspektivləri” adlı tədbir Azərbaycan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Özbəkistan Prezidenti yanında Strateji və Regionlararası Araşdırmalar İnstitutunun birgə təşkilatçılığı ilə keçirilib.
Oxşar xəbərlər
Fərhad Məmmədov: Bakı və Daşkənd çoxtərəfli platformalar çərçivəsində fəal əməkdaşlıq edir
Səfir: Bakı ilə Daşkənd arasında sənaye kooperasiyasının inkişafı çox vacibdir
Fərid Şəfiyev: Azərbaycanla Özbəkistan arasında çox sıx əlaqələr formalaşıb
Bəxtiyor Mustafayev: İlham Əliyevin Özbəkistana səfəri çoxşaxəli əməkdaşlıqda yeni mərhələyə işarə edir
Mərkəzi Asiyadan Avropaya “yaşıl enerji”nin ixracı üzrə birgə müəssisə Bakıda yerləşəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













