Pakistan Baş naziri: Azərbaycan və Türkiyə prezidentlərinin dəstəyini heç vaxt unutmayacağıq
sizinxeber.az xəbər saytı

Pakistan Baş naziri: Azərbaycan və Türkiyə prezidentlərinin dəstəyini heç vaxt unutmayacağıq


Pakistan Baş naziri Şahbaz Şərif Hindistanla qarşıdurma zamanı dəstəyə görə Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğana xüsusi təşəkkür edib.

APA-nın Laçına ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Pakistan Baş naziri Şahbaz Şərif Laçın şəhərində 28 May – Müstəqillik Gününə həsr edilmiş konsertdən əvvəl çıxışı zamanı deyib.

“Azərbaycan vaxtilə Ermənistanın hücumuna məruz qalmışdı. Türkiyə və Pakistan bir qaya kimi Azərbaycanın yanında oldu. Pakistan Hindistanın hücumuna məruz qalanda əziz qardaşım Prezident İlham Əlyiev və Prezident Rəcəb Tayyib Ərdoğan, bu ölkələrdəki bacı və qardaşlarımız dərhal Pakistanı dəstəklədilər. Bu, bizim tariximizin ən gözəl anlarından biri idi ki, 3 qardaş ölkə bir ailə olaraq çətin anda bir araya gəldi. Biz əziz qardaşım Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın dəstəyini heç vaxt unutmayacağıq. Mən bunun əvəzini heç vaxt çıxa bilmərəm, Allah özü bu qardaşlığa və səmimi dəstəyə görə mükafatlandıracaq ”, - deyə Pakistan Baş naziri vurğulayıb .

Oxşar xəbərlər

Pakistanın Baş naziri: Tarixin ən gözəl anlarından biridir ki, üç qardaş ölkə ailə olaraq bir araya gəldi
Pakistan Baş naziri Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib
Pakistan Baş naziri: Artıq bir qəlbdə iki ruh deyil, bir qəlbdə üç ruh var
Şahbaz Şərif: Laçın şəhərində olmağımdan çox məmnunam
Şahbaz Şərif: Azərbaycan və Türkiyə Kəşmir məsələsində qətiyyətli mövqe nümayiş etdirir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər