Şahbaz Şərif: Azərbaycan və Türkiyə Kəşmir məsələsində qətiyyətli mövqe nümayiş etdirir
sizinxeber.az xəbər saytı

Şahbaz Şərif: Azərbaycan və Türkiyə Kəşmir məsələsində qətiyyətli mövqe nümayiş etdirir


Azərbaycan və Türkiyə Kəşmir məsələsində qətiyyətli mövqe nümayiş etdirir.

APA-nın Laçına ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Pakistan Baş naziri Şahbaz Şərif Laçın şəhərində 28 May – Müstəqillik Gününə həsr edilmiş konsertdən əvvəl çıxışı zamanı deyib.

“Laçında Azərbaycan-Türkiyə-Pakistan Üçtərəfli Zirvəsinin II iclası çox səmərəli oldu. Bir çox məsələləri müzakirə etdik. Qərara gəldik ki, bu 3 dövlət arasında əlaqələndirmə, koordinasiya olsun. Bu füsunkar məkanda – Laçında qardaş dövlətin bayrağı dalğalanır. Bu onu sübut edir ki, bayraqlarımız hər zaman bir yerdə ucalıqlarda dalğalanacaq, gələcəyə, firəvanlığa doğru birgə irəliləyəcək. Hər iki qardaşıma təşəkkür edirəm ki, Pakistana ədalətli məsələsində - Cammu və Kəşmir məsələsində dəstək verirlər. Təəssüf ki, elə füsunkar bölgədə qan tökülüb. O insanlar onilliklərdir ki, zülmə qarşı mübarizə aparırlar. Lakin hər zamankı kimi qətiyyətlidirlər və heç zaman təslim olmayacaqlar. BMT Nizamnaməsinə uyğun olaraq hüquqları bərpa olunanadək, Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilənədək mübarizə aparacaqlar. Pakistan hər zaman kəşmirlilərin yanında olub. Azərbaycan və Türkiyə də Kəşmir məsələsində eyni qətiyyəti nümayiş etdirib. İnşallah, gün gələcək, Kəşmir xalqı da öz hüquqlarını təmin edəcək, quldarlıqdan canlarını qurtaracaqlar”, - deyə Pakistan Baş naziri vurğulayıb.

Oxşar xəbərlər

Şahbaz Şərif: Bayraqlarımız hər zaman bir yerdə yüksəklərdə dalğalanacaq
Pakistan Baş naziri: Artıq bir qəlbdə iki ruh deyil, bir qəlbdə üç ruh var
Pakistan Baş naziri: Azərbaycan və Türkiyə prezidentlərinin dəstəyini heç vaxt unutmayacağıq
Şahbaz Şərif: Laçın şəhərində olmağımdan çox məmnunam
Pakistan Baş naziri Azərbaycan və Türkiyə liderlərinə Kəşmir məsələsində dəstəyə görə təşəkkür edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle