Pakistanın Baş naziri: Tarixin ən gözəl anlarından biridir ki, üç qardaş ölkə ailə olaraq bir araya gəldi
sizinxeber.az xəbər saytı

Pakistanın Baş naziri: Tarixin ən gözəl anlarından biridir ki, üç qardaş ölkə ailə olaraq bir araya gəldi


Azərbaycan vaxtilə Ermənistan tərəfindən hücuma məruz qalmışdı. Türkiyə və Pakistan bir qaya kimi Azərbaycanın yanında oldu. Pakistan Hindistan tərəfindən hücuma məruz qaldı, əziz qardaşım Rəcəb Tayyib Ərdoğan və Türkiyədə olan bacı-qardaşlarımız bizi dərhal dəstəklədilər. O da bir alınmaz qala kimi dəstək idi. Əziz qardaşım İlham Əliyev də, bizim azərbaycanlı bacı-qardaşlarımız da eyni qətiyyəti göstərdilər və Pakistanla həmrəy olduqlarını nümayiş etdirdilər.

"Sizinxeber.az"un Laçına ezam olunmuş əməkdaşı xəbər verir ki, bu sözləri Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Laçında Azərbaycanın Müstəqillik Gününə həsr edilmiş konsertdən əvvəl çıxışı zamanı deyib.

“Bu, bizim tariximizin ən gözəl anlarından biridir ki, üç qardaş ölkə ailə olaraq bir araya gəldi. Çətin zamanda bir araya gəldilər və biz bunu heç vaxt unutmayacağıq. Qardaşım Prezident Ərdoğanın və əlbəttə, əziz qardaşım Prezident İlham Əliyevin verdiyi dəstəyin heç vaxt əvəzini çıxa bilmərəm. Allah özü sizi mükafatlandıracaq. Bu qardaşlığa və səmimi dəstəyə görə təşəkkür edirəm”.

Oxşar xəbərlər

Şahbaz Şərif: Pakistan regionda sülh və firavanlığı təşviq edir
Pakistan Baş naziri Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib
Pakistan Baş naziri Azərbaycan və Türkiyə liderlərinə Kəşmir məsələsində dəstəyə görə təşəkkür edib
Laçında Azərbaycan, Türkiyə və Pakistan Zirvə görüşü keçirilib - YENİLƏNİB
“Pakistan Azərbaycanın yanındadır”

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle