Türkiyə lideri: Qarabağ zəfəri Azərbaycanı daha da güclü etdi
sizinxeber.az xəbər saytı

Türkiyə lideri: Qarabağ zəfəri Azərbaycanı daha da güclü etdi


Qarabağ zəfəri Azərbaycanı daha da güclü etdi.

"Report"un Laçına ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Laçında 28 May - Müstəqillik Gününə həsr olunan konsertdən öncə çıxışı zamanı deyib.

O qeyd edib ki, Qarabağ zəfəri bir millətin sanki yenidən dirilişi oldu:

“Burada millət iradəsinin təzahürü var. Qəhrəman şəhidlərimizin qanı hesabına ödənmiş müzəffər zəfərin qüruru var. Daha əvvəl Qarabağın dünyaya açılan qapıları Füzuli və Zəngilanda qardaşımla (Prezident İlham Əliyev - red.) birlikdə açmışdıq, bu gün bir qapını da Laçında açdıq. İlham qardaşımın əvəzsiz qatqıları ilə iki ölkə arasında münasibətləri daha yüksək səviyyəyə qaldırırıq. Qarabağ üçün artıq uğur hekayəsi yazmaq vaxtıdır”.

Türkiyə Prezidenti bildirib ki, Qarabağ zəfərindən sonra bölgədə əsas hədəf qalıcı sülhün təmin edilməsidir.

"Azərbaycan Prezidenti İlham Əliyevin sülh müqaviləsi ilə adını tarixə yazacağına inanıram", - o vurğulayıb.

Oxşar xəbərlər

Laçında İlham Əliyevlə Ərdoğan arasında təkbətək görüş başlayıb
Laçında 28 May - Müstəqillik Gününə həsr olunan konsert keçirilir
Türkiyə Prezidenti Azərbaycanı 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib
Ərdoğan: Füzulidən sonra Laçında hava limanının açılması böyük addımdır
Azərbaycan Prezidenti Vətən müharibəsində verilən siyasi və mənəvi dəstəyə görə Türkiyə və Pakistana minnətdarlığını bildirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle