Azərbaycan lideri: Artıq Şərqi Zəngəzur və Qarabağda 43 min insan yaşayır və çalışır
Artıq Şərqi Zəngəzur və Qarabağ bölgəsində 43 min insan yaşayır və çalışır.
"Report" xəbər verir ki, bunu Prezident İlham Əliyev Laçın şəhərində 28 May – Müstəqillik Gününə həsr edilmiş konsertdən əvvəl çıxışı zamanı bildirib.
Dövlət başçısı qeyd edib ki, Azərbaycanın qələbəsi geosiyasi vəziyyəti dəyişdi və yeni reallıqlar yaratdı:
“Birgünlük antiterror əməliyyatımız isə suverenliyimizi bərpa etdi və ərazilərimizdə separatizmin kökünü tamamilə kəsdi. Bu gün bərpa-quruculuq işləri həyata keçirilir. Artıq Şərqi Zəngəzur və Qarabağ bölgəsində 43 min insan yaşayır və çalışır. İşğaldan azad olunan ərazilərə həyat qayıdıb. Biz Ermənistan ordusunu məğlub etdik və bununla Azərbaycan xalqı fəxr edir. Biz müzəffər xalqıq”.
Oxşar xəbərlər
Böyük Qayıdış strategiyası Qarabağı və Şərqi Zəngəzuru yeni inkişaf modelinə çevirməyi hədəfləyir – RƏY
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
