

Pakistan Baş naziri Azərbaycan və Türkiyə liderlərinə Kəşmir məsələsində dəstəyə görə təşəkkür edib
Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin sonuncu münaqişə zamanı göstərdiyi dəstək Pakistan xalqı tərəfindən hər zaman yüksək qiymətləndiriləcək.
APA xəbər verir ki, bunu Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Laçında üçtərəfli Zirvə görüşündə çıxışı zamanı deyib.
O, Kəşmir məsələsinin BMT qətnamələrinə uyğun dinc yolla həll edilməli olduğunu vurğulayıb.
“Bir daha sonuncu münaqişə zamanı Pakistana göstərilən dəstəyə görə səmimi qəlbdən təşəkkür edirəm. Açıq-aydındır ki, bu, Hindistanın bizə qarşı hərbi təcavüzü idi və bunun üçün heç bir səbəb yox idi. Həmin vaxtda əziz qardaşım Rəcəb Tayyib Ərdoğan, sizə göstərdiyiniz qəti mövqeyiniz və həmrəyliyinizə görə təşəkkür edirəm. Eyni zamanda əziz qardaşım İlham Əliyevin də eyni şəkildə göstərdiyi qətiyyəti bizdə çox yüksək qiymətləndirildi. Həm xalqımız, həm hökumətimiz və şəxsən mən hər zaman hər ikinizə və hər iki xalqa təşəkkürümüzü bildirəcəyik. Biz hər zaman sülh istəyirik, keçmiş də sülh istəyirdik, bu gün də istəyirik, gələcəkdə də sülhün tərəfdarı olacağıq. Bunu üçün əlbəttə, danışıqlar masasında əyləşmək lazımdır. Bu mühüm məsələlərdir və dinc yolla həll edilməlidir. Bu məsələ Kəşmir probleminə aiddir və burada BMT-nin müvafiq qətnamələri var. Bu məsələ eyni zamanda Kəşmir xalqının iradəsinə uyğun həll edilməlidir. İkinci məsələ isə su məsələsidir. Təəssüf ki, Hindistan bu münaqişə zamanı su ilə bağlı sazişi pozdu, 240 milyonluq Pakistan xalqı sudan məhrum edildi. Bu bizim həm içməli suyumuz idi, həm də kənd təsərrüfatı üçün vacib su ehtiyatları idi. Bizi dərindən məyus etdi ki, Hindistan məhz bu məsələdən bizə qarşı istifadə etdi. Ümid edirik ki bu gələcəkdə baş verməyəcək”.
Oxşar xəbərlər
Pakistan Baş naziri: Tarixi münasibətlərimiz Qarabağda, Kəşmirdə və Şimali Kiprdə bir-birimizin yanında olmağımızla güclənib
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng vurub, Pakistanla həmrəyliyə görə təşəkkür edib
Türkiyə Prezidenti: Üçtərəfli əməkdaşlığın daha da inkişafı üçün işlər davam etdiriləcək
Ərdoğan: Türkiyə, Azərbaycan və Pakistan arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq dərinləşdiriləcək
Laçında Azərbaycan və Pakistan liderlərinin məhdud tərkibdə görüşü keçirilib - YENİLƏNİB-1
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Belçika və Aİ-dəki səfir: Azərbaycan beynəlxalq siyasətin məsuliyyətli iştirakçısı və regional liderdir
-
Azərbaycan Muay Tay Federasiyasının prezidenti Antalyada bıçaqlanıb - VİDEO - YENİLƏNİB
-
Maldiv Prezidenti Azərbaycan liderini təbrik edib
-
Abşeron kanalında lildən təmizləmə və su infrastrukturunun yenilənməsi işləri açıqlanıb
-
"Latsio" klubu Mauritsio Sarriyə 2027-ci ilə qədər müqavilə təklif edib
-
MN: Azərbaycan Ordusu Xəznəvar yaşayış məntəqəsi istiqamətində atəş açmayıb
