Misirli diplomat: İslamdan siyasi maraqlar naminə istifadə müsəlman icmaları üçün ciddi təhdiddir
Misirli diplomat Abdərəhman Salahəldin İslamın siyasi maraqların, ideologiyanın və dövlət idarəçiliyinin təşviq edilməsində alət kimi istifadəsini yolverilməz adlandırıb.
“Sizinxeber.az” xəbər verir ki, o, bunu Bakıda "İslamofobiya diqqət mərkəzində: Qərəzin ifşası, stiqmaların dağıdılması" mövzusunda beynəlxalq elmi konfrans çərçivəsində panel müzakirəsində deyib.
Onun sözlərinə görə, bu tendensiya müsəlman icmaları üçün ciddi təhlükə olmaqla yanaşı, qeyri-müsəlman dünyasında İslamla bağlı təhrif olunmuş təsəvvürə gətirib çıxarır.
Keçmiş səfir qeyd edib ki, xüsusilə müsəlmanların azlıq təşkil etdiyi ölkələrdə din və siyasət ayrılmalıdır:
"Din və siyasəti qarışdırmaqla təkcə gərginliyi artırmırıq, həm də bütün müsəlman icmasına qarşı qərəz və ayrı-seçkiliyi gücləndiririk. İslamın siyasiləşdirilməsi yalnız qeyri-müsəlmanların çoxluq təşkil etdiyi ölkələrdə yaşayan müsəlmanlar üçün problemlər yaradacaq".
Oxşar xəbərlər
Tural Gəncəliyev: Qərb ölkələri islamofobiyanı yerli sakinlərə sırıyırlar [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda keçirilən beynəlxalq elmi konfransın iştirakçıları birgə xatirə fotosu çəkdiriblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xaled Akaşe: Bakıda islamofobiya konfransı müsəlmanların üzləşdiyi problemlərə diqqət çəkir [xfgiven_updateblue][/xfgiven_updateblue]
BMTM sədri: İslamofobiya yalnız fərdi nifrət və ya qorxunu ifadə etmir, həm də geosiyasi təhdiddir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Musa Konate: İslam sülh, hörmət və mənəvi maarifləndirmə dinidir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












