Musa Konate: İslam sülh, hörmət və mənəvi maarifləndirmə dinidir
Musa Konate: İslam sülh, hörmət və mənəvi maarifləndirmə dinidir
Bakıda “İslamofobiya: qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda keçirilən beynəlxalq konfrans İslamın sülh, xeyirxahlıq və humanizm kimi əsl dəyərlərini nümayiş etdirmək üçün mühüm platformaya çevrilib.
Bu barədə “Sizinxeber.az”a konfransın Burkina-Fasodan olan iştirakçısı Musa Konate (Moussa Konate) bildirib.
İştirakçının sözlərinə görə, o, konfransa qatılmaq və beynəlxalq ictimaiyyəti İslamın zorakılıq dini olmadığı barədə məlumatlandırmaq məqsədilə Bakıya gəlib:
"İslam sülh, hörmət və mənəvi maarifləndirmə dinidir. Bakıdakı konfrans bizə mövcud stereotipləri dəyişdirməyə töhfə vermək imkanı yaratdı. Təəssüf ki, Fransa, İsveç, Norveç kimi ölkələrdə bir çox insanlar hələ də İslam haqqında təhrif olunmuş təsəvvürə malikdirlər. Onlar onun mahiyyətini anlamır, İslamı aqressiv din hesab edirlər. Məhz buna görə də biz ictimai qavrayışın dəyişdirilməsi istiqamətində işi davam etdirməli, həqiqəti danışmalı və müsəlmanların sülhsevər və səmimi xalq olduğunu göstərməliyik. Hesab edirəm ki, bu, bizim ümumi və vacib missiyamızdır".
