Xaled Akaşe: Bakıda islamofobiya konfransı müsəlmanların üzləşdiyi problemlərə diqqət çəkir
Bakıda “İslamofobiya diqqət mərkəzində: Qərəzin ifşası, stiqmaların dağıdılması” mövzusunda keçirilən beynəlxalq elmi konfrans cəmiyyətlərin dini dözümsüzlükdən qurtulmağa doğru atılan addımdır.
Bu barədə “Sizinxeber.az”a açıqlamasında Vatikanın Dinlərarası Dialoq Dikasteriyasında dini münasibətlər komissiyasının keçmiş katibi Mons. Xaled Akaşe bildirib.
"Azərbaycana, onun Prezidenti İlham Əliyevə və hökumətinə, eləcə də bu tədbirin təşkilinə töhfə verən hər kəsə təşəkkür etmək istərdim. Bu tədbir əsasən müsəlman qardaş və bacılarımızın üzləşdiyi problemlərə diqqət çəkir", - o qeyd edib.
X.Akaşenin sözlərinə görə, konfrans iştirakçıları vahid çağırışla çıxış edirlər: “Bura dinindən, etnik mənsubiyyətindən, mədəniyyətindən, dilindən, siyasi baxışlarından asılı olmayaraq hər bir qardaş və bacıya hörmət etmək və s. daxildir. Yalnız bu yolla biz sülh, birlik və harmoniya içində yaşaya bilərik. Bu, həqiqətən mümkündür. Şübhəsiz ki, bu konfrans qurtulma üçün doğru yolda bir addımdır".
Oxşar xəbərlər
Bakıda keçirilən beynəlxalq elmi konfransın iştirakçıları birgə xatirə fotosu çəkdiriblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda “İslamofobiya diqqət mərkəzində: Qərəzin ifşası, stiqmaların dağıdılması” mövzusunda beynəlxalq konfrans keçirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident İlham Əliyev İslamofobiya ilə bağlı konfransın iştirakçılarına müraciət ünvanlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fərid Şəfiyev: Azərbaycanın xarici siyasətində islamofobiya ilə mübarizə önəmli yer tutur [xfgiven_updateblue][/xfgiven_updateblue]
İƏT rəsmisi: İslamofobiya kimi ayrı-seçkilik və zorakılığa yol açan hallar qəbulolunmazdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












