Yalçın Rəfiyev: Azərbaycan KARİKOM-la əməkdaşlığa xüsusi önəm verir
Azərbaycan xarici işlər nazirinin müavini və COP29-un Baş danışıqçısı Yalçın Rəfiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Kubada səfərdə olub.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, səfər çərçivəsində Kuba xarici işlər nazirinin çoxtərəfli əməkdaşlıq məsələləri üzrə müavini Anayansi Rodriqez Kamexo, eləcə də Karib Hövzəsi Birliyinə (KARİKOM) üzv dövlətlərin Kubada akkreditə olunmuş səfirləri ilə işçi görüşlər keçirilib.
Kuba XİN başçısının müavini ilə görüşdə Azərbaycan və Kuba arasında xüsusilə beynəlxalq təşkilatlar çərçivəsində mövcud olan uğurlu əməkdaşlıq münasibətlərindən məmnunluq ifadə olunub. Tərəflər iqlim dəyişikliyi ilə mübarizə və bu kontekstdə Azərbaycanın COP29-a sədrliyi çərçivəsində əldə edilmiş tarixi nəticələr barədə fikir mübadiləsi aparıb, qarşılıqlı əməkdaşlığın gücləndirilməsi istiqamətində birgə səylərin vacibliyini vurğulayıblar.
KARİKOM-a üzv dövlətlərin Kubadakı səfirləri ilə keçirilmiş görüş zamanı Azərbaycanın KARİKOM təşkilatı və ona üzv ölkələrlə əlaqələrin inkişafına xüsusi önəm verdiyi bildirilib. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə və sonrakı mərhələdə inkişaf etməkdə olan kiçik ada dövlətlərinə (SIDS) göstərdiyi humanitar və inkişafa yardım dəstəyi diqqətə çatdırılıb.
Görüşdə Azərbaycanla sözügedən qurum arasında əlaqələrin genişləndirilməsinə, birgə layihələrin təşviqinə və çoxtərəfli platformalarda əməkdaşlığın gücləndirilməsinə dair qarşılıqlı maraq ifadə olunub.
Oxşar xəbərlər
Azərbaycan XİN başçısının müavini Somalidə səfərdədir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bağdadda Azərbaycan və İraq XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yalçın Rəfiyev Qətərdə səfərdə olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yalçın Rəfiyev Somalinin naziri ilə müdafiə sahəsində əlaqələrin gücləndirilməsini müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan və Malayziya XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












