Yalçın Rəfiyev Somalinin naziri ilə müdafiə sahəsində əlaqələrin gücləndirilməsini müzakirə edib
Somalidə səfərdə olan Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Afrika ölkəsinin müdafiə naziri Abdulbakir Məhəmməd Nurla iki ölkə arasında müdafiə sahəsində əlaqələrin gücləndirilməsini müzakirə edib.
"Report" xəbər verir ki, bu barədə müdafiə naziri sosial şəbəkədə bildirib.
"Bu gün (fevralın 4-də – red.) Müdafiə Nazirliyinin mənzil-qərargahında xarici işlər nazirinin müavini cənab Yalçın Rəfiyevin başçılıq etdiyi Azərbaycan nümayəndə heyətini qəbul etdim. Biz iki ölkə arasında, xüsusən də müdafiə sahəsində əlaqələrin gücləndirilməsini müzakirə etdik", – o qeyd edib.
Bundan başqa, azərbaycanlı diplomat Moqadişoya səfəri çərçivəsində bu ölkənin neft və mineral ehtiyatlar naziri Dahir Şirlə də görüşüb.
"<....> Şir xarici işlər nazirinin müavini Zati-aliləri Yalçın Rafiyevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətini qəbul edib. Görüşdə neft və iqtisadi inkişaf sahəsində ikitərəfli əməkdaşlıq müzakirə olunub. Müzakirələr Somali və Azərbaycan arasında investisiya imkanları və əməkdaşlığın gücləndirilməsinə yönəlib", – Somalinin Neft və Mineral Ehtiyatlar Nazirliyinin məlumatında diqqətə çatdırılıb.
Oxşar xəbərlər
Azərbaycan XİN başçısının müavini Somalidə səfərdədir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yalçın Rəfiyev Qətərdə səfərdə olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yalçın Rəfiyev Lida Fitts ilə COP29 prioritetlərini müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yaşar Gülər Azərbaycanın müdafiə nazirinin müavinini qəbul edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Pakistan Prezidenti Azərbaycanın müdafiə sənayesi naziri ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












