Romualdo Conam: Mozambik Bakıda “GlobE Network” çərçivəsində qarşılıqlı əlaqənin genişləndirilməsini müzakirə etməyə hazırdır
Beynəlxalq əməkdaşlıq Mozambikdə korrupsiya və onunla bağlı cinayətlərlə mübarizədə ən vacib əsaslardan biri kimi nəzərdən keçirilir.
"Sizinxeber.az" xəbər verir ki, bunu Bakıda keçirilən BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsinin - "GlobE Network"un altıncı plenar iclası çərçivəsində Mozambikin Mərkəzi Antikorrupsiya Bürosunun nümayəndəsi, prokuror Romualdo Conam jurnalistlərə bildirib.
"Bakı görüşündə iştirakımızın məqsədi qarşılıqlı əlaqəni və üzvlüyü gücləndirmək, antikorrupsiya qurumları arasında etimad səviyyəsini artırmaq, transsərhəd araşdırmalar sahəsində qabaqcıl təcrübə mübadiləsi aparmaq, həmçinin aktivlərin səmərəli qaytarılması və qarşılıqlı hüquqi yardım üzrə operativ sorğu mexanizmlərinin təşviqi üçün “GlobE” platformasından istifadə strategiyasını razılaşdırmaqdır", - o qeyd edib.
R.Conam vurğulayıb ki, Mozambik "GlobE Network" platformasında fəal iştirak edir:
"Biz artıq ondan istifadə etməyə başlamışıq və ilk təcrübə çox müsbət oldu. Biz həmçinin Bakıda olmağımıza şadıq. Bura zəngin mədəniyyəti olan şəhərdir"
Oxşar xəbərlər
Bakıda "GlobE Network"un altıncı plenar iclası keçirilir
De Moraes Soares: Bakıdakı müzakirələr "GlobE Network" platformasını gücləndirməlidir
Baş direktor: Korrupsiya və onunla mübarizə ciddi qlobal problem olaraq qalır
Nil Uolş: “GlobE Network”də korrupsiyanın qarşısının alınması ilə bağlı məsələlərin geniş spektri nəzərdən keçirilməlidir
Prezident İlham Əliyev "GlobE Network"un altıncı plenar iclasın iştirakçılarına müraciət edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Atalıq məzuniyyətinə çıxan kişilərə nə qədər pul veriləcək?
-
ADY-dən Bakı-Tiflis qatarı ilə bağlı açıqlama
-
Dövlət Komitəsinin sədri: "İqtisadi canlanma azad olunmuş ərazilərin bərpasının vacib hissəsidir"
-
Lamiyə Əl Səud: Mənzil təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün başlanğıc nöqtədir
-
Keniyalı qonaq: "WUF13 Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün mühüm platformadır"
-
AK nümayəndəsi: Son onillikdə şəhərlərdə əhali sıxlığı ya artıb, ya da olduğu kimi qalıb
