Bakıda Gürcüstanın Müstəqillik Günü münasibətilə təntənəli tədbirlər keçiriləcək
Gürcüstanın Xarici İşlər və Mədəniyyət nazirlikləri və Heydər Əliyev Mərkəzi mayın 23-24-də Bakıda Gürcüstanın Müstəqillik Gününə həsr olunmuş bir sıra tədbirlər təşkil edəcək.
“Sizinxeber.az” Gürcüstan səfirliyinə istinadən xəbər verir ki, mayın 23-də Bakıda təşkil ediləcək diplomatik qəbulda Gürcüstandan olan məşhur musiqiçilər Azərbaycanda tanınan kompozisiyalarla çıxış edəcəklər.
Bundan başqa, dünyaşöhrətli somelyelər gürcü şərablarının dequstasiyasını keçirəcək, gürcü aşpazlar isə gürcü mətbəxi üzrə ustad dərsləri keçəcəklər.
Qonaqlar həmçinin Gürcüstanın ənənəvi zərgərlik məmulatları və geyimlərinin sərgisi ilə tanış ola biləcəklər.
Mayın 24-də Heydər Əliyev Mərkəzində simfonik orkestrin, “Music Band” musiqi qrupunun, "Şvidkatsa" ansamblının və məşhur gürcü solistlərin iştirakı ilə qala-konsert keçiriləcək. Konsertdə Gürcüstanın mədəniyyət naziri Tinatin Ruxadze fəxri qonaq qismində iştirak edəcək.
Gürcüstanın Müstəqillik Gününə həsr olunmuş tədbirlərdə Azərbaycan Prezident Administrasiyasının rəsmiləri, icra və qanunverici hakimiyyət nümayəndələri, Gürcüstandan olan yüksək vəzifəli qonaqlar, ölkədə akkreditə olunmuş diplomatik korpus və tanınmış ictimai xadimlər iştirak edəcəklər.
Oxşar xəbərlər
"Gürcü Arzusu"nun yeni sədri mayın 3-də bəlli olacaq
Gürcüstanın Baş naziri Azərbaycana gəlir
Bakıda “Heydər Əliyev kuboku-2025” beynəlxalq turnirinə start veriləcək
Gürcüstanın yeni mədəniyyət və idman naziri təyin edilib
Aİ XİN başçıları Gürcüstanın Avropa inteqrasiyası prosesinin dayandırılması məsələsini müzakirə edəcəklər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
AZAL üçün ilk "A321neo" təyyarəsi bu gün təhvil veriləcək - FOTO
-
Süni intellekt yaxın aylarda istənilən müdafiəni sındıra biləcək
