Aİ XİN başçıları Gürcüstanın Avropa inteqrasiyası prosesinin dayandırılması məsələsini müzakirə edəcəklər
Avropa İttifaqı xarici işlər nazirləri növbəti görüşdə Gürcüstanın birliyə üzvlüyünün dayandırılmasını və Tbilisi ilə ikitərəfli münasibətləri müzakirə etmək niyyətindədirlər.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Veymar üçbucağı ölkələrinin (Almaniya, Fransa, Polşa) XİN başçılarının birgə bəyanatında deyilir.
“Biz, Veymar üçbucağı ölkələrinin xarici işlər nazirləri, hakim “Gürcü Arzusu” partiyasının Aİ-yə üzvlük məsələsinin müzakirəsini ertələmək və 2028-ci ilədək Aİ-nin maliyyə dəstəyindən imtina etmək qərarından təəssüflənirik”, – bəyanatda qeyd olunub.
Sənəddə bildirilib ki, “Gürcü Arzusu”nun 2024-cü ilin əvvəlindən bəri atdığı addımlar “ölkənin Avropa İttifaqına üzvlük prosesinin faktiki olaraq dayandırılmasına” gətirib çıxarıb və Gürcüstan iqtidarının qəbul etdiyi tədbirlər ölkəni xarici və daxili qeyri-sabitliyə məruz qoyur.
“Biz bu məsələni Avropa İttifaqı səviyyəsində müvafiq tədbirlərin görülməsi üçün növbəti Xarici İşlər Şurasının müzakirəsinə çıxaracağıq və bundan əlavə, “Gürcü Arzusu”nun hərəkətlərinin ölkələrimizlə ikitərəfli münasibətlərə təsirini araşdıracağıq”, – bəyanatda vurğulanıb.
Nazirlər gürcü xalqının demokratik və Avropa istəklərini dəstəkləyəcəklərini təmin ediblər.
Oxşar xəbərlər
Aİ XİN rəhbərləri Gürcüstanın Avropaya inteqrasiyasının dayandırılmasını müzakirə edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Veymar Üçbucağı: Gürcüstanın Aİ-yə üzvlük prosesinin de-fakto dayandırılmasına təəssüflənirik [xfgiven_updateblue][/xfgiven_updateblue]
Aİ ölkələrinin XİN başçıları dekabrın 16-da Gürcüstandakı vəziyyəti müzakirə edəcəklər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kobaxidze: 2028-ci ilin sonuna qədər Aİ-yə üzvlük məsələsini gündəmə gətirməməyə qərar verdik [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gürcüstanın vitse-spikeri avrointeqrasiyanın dayandırılmasını pisləyən XİN əməkdaşlarının istefasını tələb edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












