Armands Krauze: Latviya və Azərbaycan kənd təsərrüfatı sahəsində əməkdaşlıq istiqamətlərini müəyyən edib
Azərbaycan və Latviya arasında kənd təsərrüfatı üzrə işçi qrupu çərçivəsində elmi qarşılıqlı əməkdaşlıq sahəsində əməkdaşlıq nəzərdən keçirilə bilər.
Bu barədə Latviyanın kənd təsərrüfatı naziri Armands Krauze “Report”a müsahibəsində bildirib.
"Təşəbbüs çərçivəsində əməkdaşlıqdan danışarkən, elmi əməkdaşlığın əhəmiyyətini qeyd etməmək olmaz. Hər iki tərəfdən alimlərin, o cümlədən universitetlər səviyyəsində böyük maraq göstərməsi sevindirici haldır. Bu, yeni texnologiyaların tətbiqinə başlamalı olduğumuz yoldur. Məsələn, Azərbaycana səfərim çərçivəsində "ağıllı kəndlər"in yaradılması üçün IT həlləri barədə müzakirələrin aparılması gözlənilir", - o qeyd edib.
Nazirin sözlərinə görə, Azərbaycanda keçirilən “InterFood Azerbaijan” və “Caspian Agro” sərgilərində innovativ IT həlləri təklif edən Latviya şirkətləri də təmsil olunur və “bu, birgə səylərimiz üçün böyük əhəmiyyət kəsb edir".
A.Krauze qeyd edib ki, iki ölkə müasir texnoloji həllərin tətbiqi barədə təcrübə və məlumat mübadiləsi aparmalıdır.
"Əlbəttə, Latviya və Azərbaycan müxtəlif iqlim şəraitinə malikdir: Latviya şimalda, Azərbaycan isə cənubda yerləşir və buna görə də kənd təsərrüfatı bitkilərimiz fərqlidir. Məsələn, Latviyada biz şaxtaya davamlı alma sortları yetişdiririk, Azərbaycanda isə armud və ərik uğurla yetişdirilə bilər ki, bu da bizim iqlimimizdə qış aylarında temperaturun aşağı olması səbəbindən mümkün deyil. Lakin bu fərqlərə baxmayaraq, əməkdaşlıq edə biləcəyimiz bir çox sahələr var. Xüsusilə bu, IT həllərinə və kənd təsərrüfatı sahəsində yeni elmi nailiyyətlərin tətbiqinə aiddir", - o vurğulayıb.
Oxşar xəbərlər
Nazir müavini: “Azərbaycan Latviya ilə əməkdaşlığa dair bütün təşəbbüsləri dəstəkləyir”
Latviyalı nazir: "Meşə təsərrüfatının idarə olunması təcrübəmizi Azərbaycanla bölüşməyə hazırıq"
Bakı və Riqa hökumətlərarası komissiyanın iclasının tarixini razılaşdırıb
Kənd təsərrüfatı naziri: “Latviya Azərbaycandan aqrar məhsulların birbaşa tədarükündə maraqlıdır”
Azərbaycan aqrar sığorta təcrübəsini Gürcüstanla bölüşəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
-
WSJ: Tramp müdafiə şirkətləri ilə raket və sursat istehsalının sürətləndirilməsini müzakirə edəcək
