Tehranda Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü anılıb
Azərbaycanın İrandakı Səfirliyində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan “Heydər Əliyev – Müstəqil Azərbaycanın Konstitusiyasının müəllifi” adlı tədbir keçirilib.
Səfirlikdən "Report"a verilən xəbərə görə, İran Xarici İşlər Nazirliyinin, ictimaiyyətin və kütləvi informasiya vasitələrinin nümayəndələrinin, bir sıra xarici ölkələrin İrandakı səfirləri və diplomatlarının, Tehranda yaşayan Azərbaycan vətəndaşlarının qatıldığı tədbirdə Ulu Öndərin həyat və fəaliyyətinə dair çıxışlar edilib, qısametrajlı videofilm nümayiş olunub.
Tədbirə xüsusi qonaq kimi dəvət edilmiş, 2000-ci illərin əvvəllərində İran İslam Respublikasının Azərbaycandakı səfiri vəzifəsində çalışmış Əhəd Qəzai çıxışında Heydər Əliyevin hər zaman ictimaiyyət üçün açıq olan, İranla əməkdaşlığa xüsusi önəm verən və bir çox mühüm layihələrin təməlini qoymuş müdrik siyasətçi, eyni zamanda diplomatların da yaxın dostu və sirdaşı olduğunu bildirib, onunla keçirilən görüşlərindən və Azərbaycanda işlədiyi dövrlərdə Heydər Əliyevlə bağlı yaddaşında əbədi qalan xoş xatirələrindən danışıb.
Tədbirdə çıxış edən Azərbaycanın İrandakı səfiri Əli Əlizadə Ulu Öndər Heydər Əliyevin gənc yaşlarından başlayaraq bütün dövrlərdə Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşıdığını, Azərbaycan dövləti və xalqını tarixin ağır və sərt sınaqlarından çıxardığını, müasir Azərbaycanın müstəqil dövlətçiliyinin, işıqlı gələcəyinin etibarlı bünövrəsini qoymuş dahi şəxsiyyət olduğunu bildirib.
Səfir 2025-ci ilin Azərbaycan Prezidentinin sərəncamı ilə “Konstitusiya İli” elan olunduğunu, keçirilən tədbirə “Heydər Əliyev – Müstəqil Azərbaycanın Konstitusiyasının müəllifi” adının verilməsinin təsadüfi olmadığını, məhz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi altında 1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edildiyini və qəbul edilən Konstitusiyanın ölkəmizdə həmin dövrdə genişmiqyaslı qanunvericilik və institusional islahatların həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolunu oynadığını vurğulayıb.
Əli Əlizadə 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanın İran ilə münasibətlərinin də yeni mərhələyə qədəm qoyduğunu və uğurla inkişaf etməyə başladığını qeyd edib.
Səfir Azərbaycanın vaxtilə Ermənistan tərəfindən işğal olunmuş ərazilərinin azad olunmasının Heydər Əliyevin strateji baxışlarının, uzaqgörən ideyalarının, müdrik siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurlu davamının nəticəsi, Ulu Öndərin nəsihətinin yerinə yetirilməsi və Azərbaycan tarixinin təntənəsi olduğunu diqqətə çatdırıb.
Rəsmi hissədən sonra tədbir Azərbaycan musiqisinin sədaları altında şam yeməyi ilə davam etdirilib.
Oxşar xəbərlər
Milli Məclis Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə bağlı bəyanat qəbul edəcək
FHN-in Sumqayıt Regional Mərkəzində Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü qeyd edilib
İordaniyada Heydər Əliyevin xatirəsi yad edilib
Maestro Niyazinin anadan olmasının 112 illiyinə həsr edilmiş sərgi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
-
İlham Əliyev: "Yaxın Şərqdə baş verən hadisələr müəyyən dərəcədə hər kəsə təsir edir"
-
Dövlət Komitəsinin sədri: "İqtisadi canlanma azad olunmuş ərazilərin bərpasının vacib hissəsidir"
-
Vahid Hacıyev: Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası kimi inkişaf etdirilir
-
ABŞ İrana qarşı əməliyyat zamanı 14 təyyarə və 28 dron itirib
-
Türkiyədə sərnişin mikroavtobusu qəzaya uğrayıb, xəsarət alanlar var
