Sizinxeber.az » Siyasət » Daxili siyasət » FHN-in Sumqayıt Regional Mərkəzində Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü qeyd edilib

FHN-in Sumqayıt Regional Mərkəzində Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü qeyd edilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Sumqayıt Regional Mərkəzində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.

"Report" xəbər verir ki, əvvəlcə Ümummilli Liderin anadan olmasının 102-ci ildönümü münasibətilə Sumqayıt şəhər Heydər Əliyev Mərkəzinin qarşısından start götürən veloyürüş Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin önündə başa çatıb.

Mərkəzin inzibati binasında Ulu Öndərin büstünün önünə gül dəstələri qoyan tədbir iştirakçıları onun əziz xatirəsini dərin ehtiramla yad edib, həyat və fəaliyyətindən bəhs edən foto və kitab sərgiləri ilə tanış olublar.

Dövlət Bayrağının meydana gətirilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə çıxış edən Sumqayıt Regional Mərkəzinin rəisi polkovnik Vaqif Fətullayev, nazirliyin Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin rəis müavini Gündüz Həmzəyev və digər çıxış edənlər Ulu Öndərin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən, eyni zamanda, Ümummilli Lider Heydər Əliyevin siyasi irsinin gələcək nəsillər üçün əhəmiyyətindən bəhs ediblər. Bildirilib ki, Ulu Öndərin Azərbaycanın tərəqqisinə xidmət edən səmərəli dövlətçilik siyasəti Prezident İlham Əliyev tərəfindən yüksək əzmkarlıqla davam etdirilir və bunun nəticəsi olaraq ölkəmiz beynəlxalq münasibətlər məkanında liderlik mövqeyində dayanıb.

Tədbir musiqi nömrələri, ədəbi-bədii kompozisiyalar, səhnəcik və rəqslərlə davam edib. Şəhid övladlarından təşkil olunmuş “Əmanət” xor qrupunun üzvlərinə hədiyyələr təqdim edilib, o cümlədən veloyürüşün qalibləri mükafatlandırılıblar.

Sonra FHN-in yerli qurumlarının texnika və avadanlıqlarına baxış keçirən tədbir iştirakçılarına onların təyinatı və istifadəsi qaydaları haqqında ətraflı məlumat verilib, uşaqlar xilasedicilər tərəfindən təşkil edilən kombinə olunmuş yanğın estafet oyununda iştirak ediblər.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !